14 C
Baku
Thursday, April 25, 2024

Bank rəhbərinin deputat mandatı ləğv edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.

Banker.azın Trendə istinadən verdiyi xəbərə görə, 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyasından qeydə alınmış İlqar Vəliyev və bu dairədən deputatlığa namizədliyi qeydə alınmış Qalib Qarayev MSK-ya müraciət edərək həmin seçki dairəsində səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib.

İclasda bildirilib ki, müraciət ekspert qrupu tərəfindən araşdırılıb və müraciətdə qeyd olunan şikayətlər öz əksini tapıb. Buna görə də, MSK 90 saylı Ağdaş seçki dairəsində səsvermənin nəticələrini ləğv edib.

Milli.Az xəbər verir ki, 90 saylı Ağdaş seçki dairəsində ilkin nəticələrə görə, Çingiz Əsədullayevsəs faizinə görə rəqiblərini qabaqlamışdı. Çingiz Əsədullayev AGBankın müşahidə şurasının sədridir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər