15 C
Baku
Friday, March 29, 2024

Bank Respublika “Elektron bankçılıq xidmətlərində lider bank” mükafatına layiq görüldü

2017-ci ilin yekunlarına əsasən Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən ölkədə nağdsız ödənişlərin inkişafı istiqamətində keçirilən tədbirdə Bank Respublika “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyasında növbəti dəfə 1-ci yerə layiq görüldü.

Bununla yanaşı, Bank Respublika “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə 2-ci yeri, “Təmassız post-terminal infrastrukturu üzrə lider bank” nominasiyasında isə 3-cü yeri qazandı.

Müştərilərə daha operativ və əlverişli xidmət növlərinin göstərilməsi məqsədilə Bank Respublika elektron bankçılıq sahəsində yeni layihələr üzərində çalışır.

Son xəbərlər
Digər xəbərlər