“Bank Respublika” kredit məhsulunun faizini azaldıb

“Bank Respublika” ASC “Nağd pul krediti” məhsulunun faiz dərəcəsinə dəyişiklik edib.

Banker.az bildirir ki, bu kredit məhsulunun faiz dərəcəsini 26%-dən 23%-ə kimi azaldıb.

Qeyd edək ki, bu kreditin verilmə müddəti 36 aya qədər, məbləği isə 500 – 10 000 manat arası dəyişir.

📝 RƏY BİLDİR