23 C
Baku
Friday, April 26, 2024

Bank Respublika MasterCard World Black Edition premium kartını təqdim edir

MasterCard World Black Edition – tez-tez səyahət edən, komfort və yüksək xidmət dərəcəsinə üstünlük verən müştərilər üçün unikal imkanları olan bank kartıdır.

“Premium” xidmət paketi çərçivəsində hazırlanan kart üzrə bir sıra üstünlük və xidmətlər MasterCard ödəniş sistemi tərəfindən təqdim olunur.

Ödəniş sistemi müstəsna imtiyazlar təqdim edir:

  • Müxtəlif məsələlərin həlli üçün konsyerj xidməti və ilin 365 günu 24 saat ərzində MasterCard World Black Edition beynəlxalq kartlarının xüsusi imtiyazları.

 

  • Bu kartla planetin istənilən nöqtəsində MasteCard qlobal dəstək xidmətinə güvənə bilərsiniz. MasteCard dəstək xidmətinə Sizə uyğun vaxtda bank kartı ilə əlaqədar bütün suallarınızı ünvanlamaq olar. Kart itirildikdə onun bloklaşdırılması ilə bağlı müraciət edə bilərsiniz, həmçinin, kartın təcili yenilənməsi xidmətindən faydalana bilərsiniz.

 

  • Səyahət zamanı sığorta xidməti – bütün xərclərini MasterCard World Black Edition kartı ilə ödədikdə Siz tibbi sığorta xidməti, uçuşun yubanması/ləğv edilməsi və baqajın gecikməsini sığortalamaq hüququndan istifadə edə bilərsiniz.

 

  • Dünyanın ən böyük hava limanlarının biznes-zallarına sərbəst giriş. PriorityPass kartı dünya üzrə bütün aeroportların gözləmə zallarına (biznes zallarına) Sizin etibarlı vəsiqəniz olacaq.

 

  • Sahibinin statusunu təsdiq etməklə yanaşı MasterCard World Black Edition kartı sadə, sürətli və təhlükəsiz ödəniş vasitəsidir. Kontaktsız ödənişin unikal texnologiyası alışların bircə toxunuşla ödənilməsinə imkan verir. Bunun üçün kartı kassa və ya terminala yaxınlaşdırmaq yetərlidir.

Premium kartını Bank Respublikanın istənilən filialında sifariş etmək mümkündür. Əsas kart kimi rəsmiləşdirilir və 1 ildən 3 ilədək müddətinə verilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər