15 C
Baku
Saturday, April 27, 2024

Bank Respublika və ABA tələbələr arasında Cümhuriyyətin yaranmasının 100 illiyinə həsr olunmuş yazı müsabiqəsi elan edir

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin  – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Cümhuriyyəti XX əsrin sonlarında yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub.

Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası bununla əlaqədar universitet tələbələri arasında yazı müsabiqəsi elan edir.

Müsabiqəni təşkil etməkdə məqsəd – Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatları göstərməkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 14.05.2018-ci il tarixinə kimi öz yazılarını [email protected]ünvanına göndərə bilərlər.

Qaliblər Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası tərəfindən pul mükafatı və diplomlarla mükafatlandırılacaq.

Ətraflı məlumatı Bankın rəsmi internet saytından, facebook səhifəisindən, eləcə də 144 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər