8 C
Baku
Friday, March 29, 2024

“Bank Respublika” və AYİB yeni kredit razılaşması imzaladılar

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda Ümumbank Maliyyə Xidmətləri çərçivəsində “Bank Respublika”ya 9,4 milyon ABŞ dolları həcmində kredit xətti ayırıb.

5,4 milyon dollar həcmində olan kredit xətti yerli şirkətlərin investisiya və dövriyyə kapitalını maliyyələşdirmək üçün mikro, kiçik və orta sahibkarlara (MKOS) orta və uzunmüddətli kreditlərin ayrılması üçün istifadə olunacaq. Kredit xəttinin 1 milyon dolları “bp Exploration (Xəzər dənizi) Limited” tərəfindən maliyyələşdirilən Regional İnkişaf Təşəbbüsünün (RİT) Xüsusi Fondundan təmin olunacaq.

4 milyon dollar həcmində olan digər kredit xətti ipoteka kreditləri vasitəsilə mənzillərin alınmasını, təmirini və ya tikintisinin maliyyələşdirillməsi üçün fərdi müştərilərə veriləcək.

AYİB-in Bakıdakı Daimi nümayəndəliyinin rəhbəri Nil MakKeyn qeyd edib: “Azərbaycanda qeyri-neft və qaz sektorunun davamlı inkişafı üçün kiçik və orta bizneslərin olması olduqca zərüridir. Məmnunuq ki, Regional İnkişaf Təşəbbüsü çərçivəsində “bp” ilə əməkdaşlığın yeni mərhələsindən faydalanan ilk maliyyə təsisatı məhz “Bank Respublika” olacaq. Bu mərhələ KOS sektoruna daha çox maliyyə cəlb edəcək və maliyyəyə çıxış imkanlarını genişləndirəcək”.

Qeyd edək ki, “Bank Respublika” 2004-cü ildən AYİB-in fəal tərəfdaşlarından biridir və 2008-ci ildə Azərbaycanda AYİB-in ipoteka inkişafının maliyyələşdirilməsi kreditini alan ilk bank olub.

Son xəbərlər
Digər xəbərlər