12 C
Baku
Friday, March 29, 2024

“Bank Respublika” Xaçmaz filialına iki vakansiya elan edir

“Bank Respublika” ASC-nin Xaçmaz filialına aşağıdaki vakansiyalar üzrə mütəxəssislər axtarılır:

– Mikro və aqro kreditlər üzrə mütəxəssis
– İstehlak kreditləri üzrə mütəxəssis

Vakansiyalar üzrə minimal tələblər:

– Ali təhsil;
– Azərbaycan dili – sərbəst, rus dili – arzuolunandır;
– MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
– Komandada işləmə bacarığı;
– Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
– Ünsiyyətcil, təşəbbbüskar;
– Riyazi hesablama aparmaq qabiliyyəti;
– Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiyası olmalı;
– Regionun ümumi ərazisini tanıması;
– Regionda stabil iş yerləri barəsində məlumatlı olması;
– Regionda geniş auditoriya bazasının, əlaqələrin olması;
– *Bank və bank olmayan kredit təşkilatlarında (kredit mütəxəssisi vəzifəsində) çalışan namizədlərə üstülnlük veriləcək.

Müraciət etmək istəyən namizədlər öz CV-lərini Filial/Region və vakansiya adını qeyd etməklə müvafiq başlıq (mövzu) ilə [email protected] elektron ünvanına göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər