“Bank Respublika”nın depozit portfeli 500 milyon manata qədər artdı

Bank Respublika 2018-ci ilin I rübü ərzində əldə etdiyi maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb. Hesabata əsasən Bankın həyata keçirdiyi uğurlu strategiya nəticəsində bir çox göstəricilərdə irəliləyişlərə nail olunub.

Belə ki, ilk rübün nəticələrinə əsasən 211 min manat həcmində xalis mənfəət əldə edilib. Bundan başqa, Bank aktivlərinin həcmini 10%-ə yaxın artıraraq 739 milyon manata çatdırıb.

Xidmət səviyyəsinin yüksəldilməsi, həyata keçirilən çox saylı məhsul kampaniyaları və rəqəmsal bankçılıq kanallarının inkişafı nəticəsində banka etibar edən müştərilərin sayında, eləcə də həm depozit, həm kart, həm də kredit portfelində artım baş verib. Kredit portfelində baş vermiş artım əməliyyatların avtomatlaşdırılması ilə kredit verilməsi prosesinin sürətləndirilməsi, sənədləşmənin asanlaşdıırlması və kredit şərtlərinin cəlbedici edilməsi ilə bağlıdır.

Bankın səhmdarları 2018-ci ilin əvvəlində nizamnamə kapitalını artıraraq 67,5 milyon manata çatdırıb. Mart ayında keçirilmiş Səhmdarlarının Ümumi Yığıncağında isə, Bankın cari nizamnamə kapitalının növbəti dəfə də artırılmasına dair qərar qəbul olunub və bu prosesin qısa müddət ərzində həyata keçirilməsi gözlənilir.

“Bank Respublika”nın İdarə Heyətinin sədri Asəf Namazov əldə edilən uğurlu nəticələri belə şərh edib: “ 2017-ci il maliyyə sektoru və bizim üçün sınaq ili idi. Düşünürəm ki, biz bu sınaqdan müvəfəqiyyətlə keçdik. 2018-ci ilin ilk rübünün nəticələri sübut etdi ki, Bankın seçdiyi və həyata keçirdiyi strategiya doğru idi. Bankın uğurlu nəticələr əldə etməsində ən böyük pay sahibi isə, bizim yorulmadan çalışan gənc və istedadlı kollektivdir. Bank Respublika bundan sonra da müştəri məmnuniyyətini əsas tutaraq yeni, innovativ və faydalı layihələr həyata keçirəcək”

Ətraflı məlumatı Bankın rəsmi internet saytındanfacebook səhifəisindən, eləcə də 144 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

“Bank Respublika” ASC 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və 25 ildir ki, “Sizə Faydalı” şüarına sadiq qalaraq, effektiv maliyyə xidmətləri göstərir. Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

📝 RƏY BİLDİR