“Bank Respublika”nın depozitlərin faizni artırıb

“Bank Respublika” ASC manatla olan hüquqi şəxslər üçün nəzərdə tutduğu əmanətlərin faizni və cəlb olunma müddətini artırıb.

Banker.az-ın monitorinq qrupu bildirir ki, manatla olan əmanət bundan öncə maksimumum müddəti 24 aya cəlb olunurdusa, ötən həftənin sonundan başlayaraq 36 ay müddətinə cəlb olunacaq.

Bundan əlavə, qısamüddətli, yəni, 6 ay üçün aylıq ödəniş faizni 3%-dən 5%-ə qədər artırıb. 12 ay üçün aylıq ödənişi də 3% artıraraq 12%-də müəyyən edib.

Qeyd edək ki, 24 aylıq ödənişin faizini dəyişməz saxlayarq 11% dərəcəsində müəyyən edib.

Bundan əlavə ABŞ dollarında depozitin 2 illik faiz dərəcəsini 1,75%-dən 2%-ə kimi artırıb.

📝 RƏY BİLDİR