26 C
Baku
Saturday, April 20, 2024

Bank səhvən 5 mlrd. pul köçürdü

Hadisə texniki nasazlıq ucbatından baş verib.

Almaniyanın dövlət bankı – “Kreditanstalt für Wiederaufbau” (KfW) səhvən 5,4 milyard dolları digər dörd bankın hesabına keçirib.

Banker.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə bankın bəyanatında deyilir.

“Biz tez bir zamanda bu səhvdən xəbər tutduq və onu aradan qaldırdıq. Köçürülən məbləğ geri qaytarıldı”.

Bəyanatda bildirilir ki, bank bu hadisə ilə bağlı təəssüflənir və insidentin səbəbinin insan amili olduğunu istisna etmir. Bloomberg-in məlumatına əsasən, hadisə texniki nasazlıq ucbatından baş verib.

Belə ki, müəyyən məbləğdəki köçürmələr bir neçə dəfə təkrarlanıb. Bu KfW bankının köçürmələrlə bağlı ilk səhvi deyil. 2008-ci ilin sentyabrında bank səhvən o dövrdə artıq müflis olmuş Lehman Brothers bankının hesabına 300 milyon avrodan çox vəsait köçürüb. Hadisə siyasi qalmaqala səbəb olub, mətbuat isə KfW-ni “Almaniyanın ən səfeh bankı” adlandırıb.

KfW “Deutsche Bank” və “Commerzbank”-dan sonra Almaniyanın üçüncü ən iri bankıdır. Onun müşahidə şurasına maliyyə naziri Volfhanq Şoyble rəhbərlik edir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər