Bank sektoru bu dəfə “üzü ağ” çıxdı

31 yanvar 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,169.7 mln. manat, cəmi öhdəlikləri isə 24,367.9 mln. manat təşkil edib.

Banker.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci ilin yanvar ayına olan hesabatına istinadən xəbər verir.

Sektorun balans kapitalı 3,801.8 mln. manat, əhalinin əmanətləri isə 7,482.5 mln. manat olmuşdur.

Ümumiyyətlə, 2018-ci ilin yanvar ayı ərzində bank sektorunun aktivləri 0.9% (249 mln. manat), öhdəlikləri 0.6% (156 mln. manat), kapitalı isə 2.5% (93 mln. manat) artıb.

Gəlirləri azalsa da, mənfəət var

İlin ilk ayında ümümilikdə faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 18.2% azalaraq 146.9 mln. manat, xalis mənfəəti isə 86.7 mln. manat təşkil edib. Ötən ilin analoji dövründə bank sektoru 496 mln. manat zərər etmişdi.

Qeyd edək ki, ötən ilin analoji dövürdə bank sektorunun ümümi faiz gəlirləri 179.8 mln. manat təşkil edirdi.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,439 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,207 nəfər təşkil etmişdir.
31 yanvar 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.

ƏTRAFLI: Bank icmalı_31 yanvar 2018

📝 RƏY BİLDİR