16 C
Baku
Friday, April 19, 2024

Bank sektorunda çalışanların sayı bir qədər də artdı – rəqəmlər

Azərbaycanda bank sektorunda çalışan işçilərin sayı bir qədər də artıb.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 1 iyun 2018-ci il tarixinə olan statistik göstəricilərində deyilir.

Belə ki, bütövlükdə, bank sektorunun işçi heyəti may ayı ərzində 1% yəni, 159 nəfər artaraq 16 662 nəfər təşkil edib. İlin əvvəlindən isə bank sektorunun işçi sayı 3%, yəni, 491 nəfər artıb. Qeyd edək ki, ötən ilin analoji dövründə bu rəqəmlər 16 034 nəfər idi.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 471 olub.

 

Son xəbərlər
Digər xəbərlər