Bank sektorunun icmal göstəriciləri: aktivlər kiçilsə də, kredit portfeli böyüdü

31 may 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 559 mln. manat olub ki, bu da öncəki ayla müqayisədə 92.2 mln. manat, yəni 0.3% az olması deməkdir. Bank sektorunda kredit aktivliyinin artması müşahidə olunur. Aktivlərdə əsas pay sahibi olan kredit potfeli əksinə, artaraq 11 mlrd. 552 mln. manat olub.

Cəmi öhdəlikləri isə 23 630 mln. manat təşkil edib. Sektorun balans kapitalı 3 929 mln. manat, əhalinin əmanətləri isə 7 868 mln. manat olub. 2018-ci ilin may ayı ərzində bank sektorunun aktivləri  (92 mln. manat), öhdəlikləri 0.6% (149 mln. manat) azalıb, kapitalı isə 1.5% (57 mln. manat) artıb.

2018-ci ilin may ayında daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri 2.5% (137 mln. manat) artıb.

Bank sektoru cari ilin may ayında 52 mln. manat mənfəət generasiya edib. Əldə olunan mənfəət sektorun sağlamlaşdırılması tədbiri olaraq ötən dövrlərdə formalaşmış kredit  itkilərinin qarşılanmasına yönəldilib.

31 may 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.