Bank sektorunun ilin I rübü üzrə icmal göstəriciləri açıqlanıb

Azərbaycanda  fəaliyyət göstərən 32 bankın 28 fevral 2017-ci il tarixinə cəmi aktivləri 30,419.2 milyon manat, cəmi öhdəlikləri 27,772.7 milyon manat təşkil etmişdir. Sektorun balans kapitalı 2,646.6 milyon manatdır. Əhalinin əmanətləri 7,084.3 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 563, şöbələrinin sayı 135, ATM-lərin sayı 2,462-dir.  Bütövlükdə, bank sektorunun işçi heyəti 16,662 nəfər təşkil edir.

2017-ci ilin 28 fevral tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.

Ətraflı linkdə: Bank icmal 28 fev 2017