4 C
Baku
Friday, March 29, 2024

“Bank Silk Way”in kredit portfeli kiçilib

Azərbaycan kommersiya bankı olan “Bank Silk Way” ASC-nin kredit portfeli kiçilib.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2018-ci ilin ilk rübünə olan hesabatda deyilir.

“Bank Silk Way”in aktivləri ilin əvvəli ilə müqayisədə 12,49 mln. manat artaraq 492,87 mln. manat olub. Bununda 412,67 mln. manatı kredit portfeli təşkil edib ki, bu da ilin əvvəli ilə müqyisədə 11,36 mln. manat az olması deməkdir. Hazırda kredit portfelinin də  400 mln. manatı xalis kreditlərdir.

“Bank Silk Way”ın cəmi öhdəlikləri 2% azalaraq 363,35 mln. manat təşkil edib.  Depozit portfelinin öhdəliklərdəki çəkisi 3 ay ərzində 68%-dən 89%-ə qədər artaraq 324,79 mln. manat edib.

Bankın hazırda cəmi kapitalı 129,53 mln. manat təşkil edir ki, bunun da  13,66 bölüşdürülməmiş mənfəət və  104,6 mln. manatı səhmdar kapitalıdır.

Mənfəətlə bitirib

“Bank Silk Way”in cəmi gəlirləri 11 milyon 984 min manat təşkil edib ki, bunun da 7 milyon 445 min manatı faiz gəlirləridir. Bankın ümümi xərcləri 10 mln. 374 min manat təşkil edib və beləliklə əməliyyat mənfəəti cəmi 1 mln. 610 min manat olub.  Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsinə ayrılan ehtiyyatlardan 10 mln. manat 69 min manat ayırmaqla ili 11 mln. 679 min. manat mənfəətlə bitirib.

Xatırladaq ki, bankın səhmlərinin 69,68%-i Zərifə Həmzəyeva, 30,00% VIP AVİASİYA Xidmətləri Şirkəti və 0,32% isə Elçin Əhmədova məxsudur.

Son xəbərlər
Digər xəbərlər