22 C
Baku
Friday, April 19, 2024

Bank sisteminin yaranma şərtləri və formaları

Bütün dövrlər və xalqlar üçün bank sisteminin yaranmasının əsas şərti mübadilə, ticarət və əmək bölgüsünün inkişaf etməsi ilə bağlı olub. Şübhəsiz ki, bank sistemi pulların yaranması ilə bir zamanda yaranıb və sivilizasiyanın inkişaf səviyyəsindən asılı olaraq öz formasını dəyişmişdir.

Ilk əvvəl borclar taxıl, mal-qara və ya kənd təsərrüfatı alətləri formasında verilirdi. Insanlar görürdülər ki, taxıl məhsul verir, ona görə də verdikləri borcun artıqlaması ilə ödənməsini tələb etməyə başladılar. Borc verilən mal-qara nəsil artırırdı ki, bu da onun faiz kimi qaytarılmasını tələb etməyə imkan verirdi. Kənd təsərrüfatı alətlərindən istifadəyə görə faizlər bu alət vasitəsilə əkilib-biçilmiş məhsulla ödənilirdi.

Pul kimi metal külçə və ya sikkələrdən istifadə olunmağa başlanılanda faizlərin tutulmasında ziddiyyətlilik yarandı, axı yeni pullar artma qabiliyyətinə malik deyildilər. Lakin kreditə görə faiz hələ də mövcud idi və sələmçilərin fəaliyyətinin əsas məqsədinə çevrilmişdi. Sələmçilik bank sisteminin ilkin forması idi. Bəzi insanların əlində sərbəst pul vəsaitləri var idi, digərləri isə xərclərini ödəmək üçün vəsaitə ehtiyac duyurdular ki, bu da bank sistemi yaranmasının əsas səbəbi idi. Sələmçilər kreditdən istifadəyə görə çox böyük ödəniş alırdılar və borcalanın maliyyə vəziyyətinə diqqət belə etmirdilər.

Sələmçiliyə qarşı bu neqativ münasibət sərvətin praqmatik dərkedilməsi ilə də əlaqədardır, daha doğrusu belə hesab olunurdu ki, sərvətin mənbəyi nağd pulların mövcudluğunda idi. Aydın məsələdir ki, pulların faizlər ilə birgə qaytarılması sələmçilərə qarşı nifrət oyadırdı. Qədim dünyada sələmçilər oğru və qatillərlə bərabərləşdirilirdi, hətta qədim romalılar deyirdilər ki, sələmçilər qatildən daha pisdir.

E.ə. 24-cü əsrdə kəskin təbəqələşmə, əsasən də günbəgün “sələmçi, oğru və qatillərin” sayının artması ilə bağlı mühüm məlumatların verildiyi qədim Babil mixi yazılardan sələmçilərin mövcudluğu barədə informasiya alırıq. Həmin vaxtlardan artıq demokratik hökmdarlar əhalinin daha kasıb təbəqəsini müdafiə edən qanunlar təsis etməyə başladılar. E.ə. 22-ci əsrdə hökmdarlıq edən Ur-Nammunun qədim babil məcmuəsi “yetim varlının qurbanı olmamalıdır, pulu daha çox olan daha az pul sahibini əzməməlidir” tədbirlərinin təmin edilməsini tələb edirdi.

Ilk bank rolunu məbədlər oynamağa başlayıb. Onlara məhz depozit institutlarının xüsusiyyətləri xas idi. Bu həmin məbədlərə yüksək inamla bağlı idi. Məbəd banklarının ucuz resurslara sahib olması, uzunmüddətli dövrə faizsiz və ya çox ucuz kreditlər verməyə imkan verirdi. Aydındır ki, belə resursların əldə edilməsi məhdud xarakter daşıyırdı, daha doğrusu ondan yalnız hakimiyyət sahibləri istifadə edə bilərdilər.

Fərdi banklar ticarətin tələbinə uyğun olaraq borc ayırırdılar. Qədim dünyada ticarət kapitalı bank institutlarının fəaliyyətinin əsas xüsusiyyəti idi. Fərdi bankların kreditlər üzrə faiz dərəcələri onun xarakterindən və verilmə şərtlərindən asılı olaraq dəyişirdi. Tacir krediti ticarət və ya malların alınması üçün nəzərdə tutulubsa, onda illik 12% ödənilməli idi.

Son xəbərlər
Digər xəbərlər