4 C
Baku
Friday, March 29, 2024

Bank Standard-da sərfəli əmanət yerləşdirmək imkanı

Bu dəfə isə Sizi Bank Standard-ın Yeni il aksiyası ilə daha yaxından tanış etmək istərdik. Bu kampaniya əmanətçilərə yönəlib. Kampaniyada “əmanətlərin illik 13,5%-ə qədər və 3 aylıq faiz ödənişlərinin dərhal öncədən verilməsi”ndən bəhs edilir.

“12 aya və daha çox müddətə Standard əmanəti açın və əlavə 1% faiz gəliri əldə edin. Bundan başqa, Qarant, Premier, Təqaüdçü və ya Standard əmanəti açanlar 3 aylıq faiz gəliri dərhal qeydiyyat günü almaq imkanı qazanacaq”.

Qeyd edək ki, kampaniyada 4 növ əmanət iştirak edir.

Bu zaman siz Banka yaxınlaşaraq, “Standard” əmanəti seçsəniz,  +1% bonus əldə edəcəksiniz və ya bonusdan imtina edərək, 3 aylıq depozit faizlərini öncədən ala bilərsiniz.

Digər üç növ əmanəti Təqaüdçü, Qarant və ya Premier əmanətlərini seçdikdə isə, 3 aylıq faizləri əvvəlcədən almaq imkanı qazanacaqsınız.

Siz əmanət yerləşdirdikdə, iki kampaniyadan yalnız birindən yararlana bilərsiniz.

Gəlin sizi ilk öncə Standard əmanətin şərtləri ilə tanış edək:

Standard

Əmanəti açmaq üçün minimal məbləğ: 500  AZN/USD/AVRO

Minimal faiz 6% – Maksimal faiz 12,5%.  Kampaniya dövründə +  1%

–    Müddət 6- 36 ay, kampaniyada iştirak üçün isə minimum 1 il
–    Məbləğə məhdudiyyətsiz əlavə etmək imkanı
–    Faizlərin kapitallaşması
–    Faiz gəlirlərinin hər ay və müddətin sonunda götürmək imkanı
–    Məbləği azaltmağa icazə verilmir

Təqaüdçü əmanəti

Əmanət açmaq üçün minimal məbləğ: 100 AZN/USD/AVRO

Minimal faiz 7,5% – Maksimal faiz 12,5%.

–    Təqaüd yaşına çatmış və ya təqaüdçü vəsiqəsi olan Azərbaycan vətəndaşları üçün
–    Müddət 6- 36 ay, kampaniyada iştirak üçün isə minimum 1 il
–    Vəsaiti 50 AZN/USD/EUR minimal məbləğ çərçivəsində sərbəst artırmaq imkanı
–   Hesabdakı vəsaitin 1000 AZN/USD/EUR azaldılmaz qalıq həddinədək çıxarılması imkanı
–    Faizlərin kapitallaşması, müddətin sonunda və ya aylıq ödənilməsi imkanı

Yeni Qarant əmanəti

Əmanət açmaq üçün minimal məbləğ: 500 AZN/USD

Müddətdən asılı olmayaraq –10 %.

–    Müddət –12 aydan 36 ayadək;
–    Əmanətin ümumi məbləği 30.000 AZN və ya 35.000 ABŞ dollarınadək artırıla bilər;
–    Müştərinin istəyi ilə aylıq faiz gəliri xüsusi faiz kartına, cari hesabına və ya digər əmanət hesabına köçürülə bilər;
–    Müştəriyə verilən pulsuz məhsullar əmanət məbləğinə uyğun verilir;

Azərbaycan Əmanətlərinin Sığortalanması Fondu tərəfindən edilən hər dəyişiklik, “Qarant” depozitinin yeni və uzadılmış müqavilələrində əks olunur.

Qeyd: Bu xüsusi məhsuldur və Əmanətlərin Sığortalanması fondu tərəfindən məhz 10%- qədər və 10% dərəcəsi ilə yerləşdirilən əmanətlər sığortalandığı üçün əmanətin faiz dərəcəsi də 10%-dir

Müddət/valyuta Standard Qarant Təqaüdçü Premier
AZN/USD AZN USD AZN USD AZN\USD AZN\USD
6 ay 6,0% 6,0% 10% 10% 7,5% 7,5% 20000 50000
12 ay 10,5% 10,5% 10% 10% 10,0% 10,0% 9,0% 10.0%
18 ay 11% 11% 10% 10% 10,5% 10,5%
24 ay 11,5% 11,5% 10% 10% 11,0% 11,0% 9,5% 10,5%
36 ay 12,5% 12,5% 10% 10% 11,5% 11,5% 9,7% 10.7%

Əmanətlərin şərtləri haqda ətraflı məlumatı bankın rəsmi səhifəsindən və ya 158 nömrəsinə zəng etməklə məlumat mərkəzindən öyrənə bilərsiniz.

Premier depoziti

Minimal məbləğ 20 000

Minimal faiz 9,0% – Maksimal faiz: 10,7%.

–    “Premier” depoziti sahibləri vahid depozit müqaviləsi çərçivəsində 2 və ya 3 müxtəlif valyutada (manat, ABŞ dolları və avro) hesab aça bilərlər. Onlar həmçinin bu hesablardakı vəsaitlərini məhdudiyyətsiz bir valyutadan digərinə istədikləri kimi çevirə bilərlər.
–    Azaldılmaz qalıq məbləğinədək müqavilə imzalandığı vaxtdan 1 ay tez olmayaraq depozit hesabından vəsait çıxartmaq imkanı
–    Depozit hesabına məhdudiyyətsiz pul əlavə etmək imkanı
–    Müddəti bir il və daha çox olan əmanət sahibləri üçün kredit xətti açıla bilər. Belə kreditin məbləği depozitin əsas məbləğinin 80%-ə qədər, faiz dərəcəsi isə eyni depozit üçün tətbiq edilən illik faiz dərəcəsindən 3% artıq olaraq müəyyən edilir. Belə halda depozit hesabında həbs edilən məbləğ verilən kredit məbləğindən 20% artıqdır
–    Əmanətin eyni zamanda bir müqavilə çərçivəsində iki və ya üç valyutada (AZN, USD, EUR), minimal manat ekvivalenti filial limitinə uyğun olaraq 10.000 AZN, 50.000 AZN olmaq şərti ilə açmaq imkanı
–    Hesabdakı azaldılmaz qalıq 20 000 AZN/USD/EUR olan, 12 ay və daha uzun müddətli depozit sahiblərinə pulsuz “Premier MasterCard Gold” hədiyyə
–    Hesabdakı azaldılmaz qalıq 50 000 AZN/USD/EUR olan, 12 ay və daha uzun müddətli depozit sahiblərinə pulsuz “Premier MasterCard Platinum” hədiyyə

Son xəbərlər
Digər xəbərlər