14 C
Baku
Saturday, April 27, 2024

“Bank Standard”ın ötən ilin II və III rübləri üzrə ləğv planları təsdiqlənib

Bakı Apellyasiya Məhkəməsi ləğv prosesində olan “Bank Standard” QSC-nin 2017-ci ilin II və III rübləri üzrə ləğv panlarını təsdiqləyib.

Bu barədə Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən növbəti iclasında qurumun sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, təsdiqlənmiş planlar Kreditorlar Komitəsini qane etmədiyindən məhkəmə qərarlarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

“Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) kreditorlarının “Bank Standard”dakı pulunu götürmək üçün ilk növbədə olması ölkə konstitusiyasına ziddir. Ali Məhkəmənin münasibətini gözləyirik. Əgər eyni mövqe qalsa, Konstitusiya Məhkəməsinə müraciət edəcəyik. Banka borcu olan şəxslərin siyahısı yoxdur. Bu barədə də Ali Məhkəməyə şikayət edilib”, – deyə o qeyd edib.

Xatırladaq ki, bugünkü iclasın gündəliyinə 2 məsələ – “Bank Standard”ın ləğv planı və Bankın müflisləşməsində təqsirkar şəxslərə qarşı qaldırılan iddialar daxil edilib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər