15 C
Baku
Friday, April 26, 2024

“Bank Technique” adını dəyişir

Etibar Əliyevin qayıdışından sonra aktiv start götürən “Bank Technique” daha bir dəyişikliyə imza atıb. 

Banker.azın “Qafqazinfo”ya istinadən verdiyi informasiyaya görə, “Bank Technique” öz əvvəlki adını geri qaytarıb. Bundan sonra bank “Texnika Bank” adı ilə fəaliyyət göstərəcək.

Eyni zamanda, “Texnika Bank” müştərilər üçün kreditlərin verilməsinə başlayıb. Bank artıq müştərilərin biznes layihələrini qəbul etdiyini və kreditləşmənin asan şəkildə həyata keçiriləcəyini elan edib.

Bundan başqa, bank bir neçə gündür ki, ipoteka kreditlərinin verilməsini həyata keçirir. Bunun üçün bankda lazımı qədər vəsaitin olduğu bildirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər