15 C
Baku
Friday, April 26, 2024

“Bank Technique” “MasterCard” kart sahiblərinə Türkiyə hava limanlarında endirimlər

“Bank Technique” ASC-nin “MasterCard” ödəmə sistemi ilə birgə əməkdaşlığı nəticəsində, bütün MasterCard kart sahibləri Türkiyənin – İstanbul Atatürk, Ankara Esenboğa və İzmir Adnan Menderes aeroportlarında “Primeclass” imtiyazlı xidmətlərə 25% həcmində endirimlər eldə edirlər.

“Primeclass” xidməti müştərilərin hava limanında problemsiz və rahat vaxt keçirmələrinə kömək edir. Xidmət paketindən, o cümlədən, şəxsi assistent və transfer xidmətlərindən, qeyd edilən hava limanlarına enən və ya buradan uçuşu həyata keçirən bütün sərnişinlər faydalana bilər. Endirimlərdən yararlanmaq üçün sadəcə xidmətdən istifadə etməzdən ən azı 48 saat əvvəl “Primeclass” saytında sifariş zamanı “Qeydlər” bölməsində AZE201401B endirim kodunu daxil etməklə, MasterCard kartı ilə ödəniş aparmaq lazımdır. Kampaniya 2014-cü il sentyabrın 30-a qədər qüvvədədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər