23 C
Baku
Thursday, April 25, 2024

Bank Technique”dən çıxmış Əhməd Məmmədov “Azər-Türk Bank”a təyin olunub

Avqustun 26-da öz xahişi ilə “Bank Technique” ASC-nin “Mərkəz” filialının direktoru vəzifəsindən çıxmış Məmmədov Əhməd Məmməd oğlu “Azər-Türk Bank” ASC-yə təyinat alıb.

Ə. Məmmədov bankın “Mərkəz” filialının direktoru təyin edilib.

Qeyd edək ki, Ə. Məmmədovdan öncə adıçəkilən filialın direktoru Əkbərov Rasim Naib oğlu olub.

Xatırladaq ki, Ə. Məmmədov “Azərsığorta” şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun oğlu, Azərbaycan Beynəlxalq Bankı-nın İdarə Heyətinin sədri Elmar Məmmədovun qardaşıdır.

Onu da qeyd edək ki, Elmar Məmmədov Azərbaycan Beynəlxalq Bankından öncə “Azər-Türk Bank”da İdarə Heyətinin sədri olub.

APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər