23 C
Baku
Tuesday, April 23, 2024

“Bank Technique”in ipoteka müştəriləri başqa banklara yönəldiləcək

“Bank Technique”in fəaliyyətində növbəti məhdudiyyət tətbiq edilib. Fins.az-ın məlumatına görə, bu həftədən etibarən bank ipoteka kreditlərinə görə ödənişləri qəbul etmir. Bankdan müştərilərə bildirilib ki, ipoteka krediti üzrə ödənişlər Azərbaycan İpoteka Fondunun (AİF) tapşırığı ilə dayandırılıb.

Bank əməkdaşları ödəniş etmək istəyən müştərilərə bir neçə gün gözləməyi tövsiyə ediblər. İpoteka Fondundan bu məhdudiyyətin tətbiq olunduğunu təsdiqləyiblər. Fonddan fins.az-a bildirilib ki, bu addım “Bank Technique”nin fəaliyyətində problemlərin olması ilə əlaqədardır. «Yəqin ki, bankın bütün ipoteka müştəriləri başqa banklara köçürüləcək. Ona görə də müştərilərə bir neçə gün gözləməyi məsləhət görmüşük»-deyə AİF-dən bildirilib. .

Fonddan bildirilib ki, yaxın bir neçə gün ərzində bankın ipoteka müştərilərinə SMS-lə məlumat veriləcək. Bu müddət ərzində ödənilməyən ipoteka ödənişləri gecikmiş sayılmayacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər