26 C
Baku
Wednesday, April 24, 2024

Bank və biznes sahəsində NLP uğurla istifadə olunur

Müsahibimiz NLP üzrə mütəxəssis Babək Bayramovdur

  • Babək müəllim, NLP-nin aktuallığını nəzərə alıb, düşündük bankirlər üçündə çox faydalı olar bu müsahibəmiz. Əslində NLP bütün sahələrə və ən başlıcasıda insanın özünə tətbiq edəcəyi bir sistem, metod və ən nəhayətində bir yanaşmadır. Xahiş edirik, NLP haqqında qısaca informasiya verərdiniz.

Təşəkkür edirəm. Hər bir insanın edə biləcəkləri faktiki etdiklərindən çoxdur, ona görə də, insanlar yaşaya biləcəkləri ən yaxşı həyatı yaşamırlar. Hər şey beyində başlayır! Beynimzin imkanları, bizim zənn etdiyimizdən dəfələrlə çoxdur. Hər bir insanda inanılmaz dərəcədə nəhəng potensial var. Sadəcə problem ondadır ki, insanlar öz potensiallarının çox az bir hissəsindən istifadə edirlər, necə edəcəklərini bilmirlər. NLP, bu potensialı üzə çıxarmaq üçün dünyadakı bütün metodikalardan ən yaxşısıdır. Neyro Linqvistik Proqramlaşdırma və ya qısaca olaraq NLP dilimizdə “Sinir Dili Proqramlaşdırma” kimi mənaya malikdir. Neyro – 5 duyğu üzvümüzlə dünyadan informasiyanı alan və işləyən sinir sistemimizi, Linqivistik- ünsiyyətimizi, Proqramlaşdırma- davranış qəliblərimizi bildirir. Düşüncələrimiz hisslərimizi, hisslərimiz davranışlarımızı, davranışlarımız isə həyatımızı yaradır. Bir sözlə, həyatımızda nə ediriksə, Düşüncə-Duyğu-Davranış üçbucağının daxilində edirik. İşimizə yaramayan, bizi gücsüzləşdirən, həyatımızı labirintə salan düşüncə və davranışlarımızı yenidən proqramlaşdıraraq, həyatımızın istiqamətini istədiyimiz yönə dəyişə bilərik. NLP müasir həyatda siyasətdə, idmanda, psixoterapiyada, sevgidə, biznesdə, xitabətdə, mediada, ailədaxili münasibətlərdə, təhsildə, şoubiznesdə bir sözlə insanın fəaliyyət göstərdiyi hər bir sahədə uğurla tətbiq olunur və alınan nəticələr digər metodlarla müqayisədə dəfələrlə daha yaxşıdır. 

  • Necə düşünürsünüz, bank və biznesdə olan şəxslər NLP-ni öyrənmək və tətbiq etməklə nə qazanmış olardılar?

Bank və biznes sahəsində NLP uğurla istifadə olunur və yüksək nəticələr əldə edilir. Liderlik, satış və marketinq strategiyaları, ünsiyyət texnikaları, komanda ruhunun yüksəldilməsi, işçilərlə ünsiyyət strategiyaları, idarəetmə koçluğu kimi sahələrdə NLP mütləq fərq yaradır. Təşkilati inkişaf strategiyaları, qərar və yaradıcılıq strategiyaları, liderlərin və strategiyaların modellənməsi, təqdimat və hipnotik satış kimi NLP alətləri biznesdə sürətli inkişafı təmin edən ən effektiv vasitələrdir. NLP-dən istifadə edərk şirkətlər bazar strategiyalarını gücləndirə və təşkilati sağlamlığı ən yaxşı səviyyəyə yüksəldə bilərlər. Banklar  kredit mütəxəssislərinə NLP təlimi verməklə rentabelliyi artıra və riskləri minimuma endirə bilərlər. NLP-dən istifadə edərək personalın insan tanıma, müştərilərin dünyasına daxil olma bacarıqlarını yüksəldib, şirkətin gəlirlərini əhəmiyyətli fərqlə artırmaq mümkündür. Digər metodlardan fərqli olaraq NLP personala psixoloji güc qazandırır, satış zamanı özünü göstərən komplekslərin tam və həmişəlik aradan qaldırılmasını təmin edir, stressə qarşı dayanıqlılığı artırır, güvən hissini və məhsuldarlığı ən yüksək səviyyəyə çıxarır. Şirkətin yaradıcı gücünü yüksəldərək innovasiyaların meydana çıxmasına təkan vermək, rəqabətdə üstünlüyünü təmin etmək daha sürətli və effektivdir. 

  • Ümumiyyətlə NLP ilə məşğul olmağın ən yaxşı çağları hansılardır?

NLP-ni 12 yaşdan yuxarı hər kəs öyrənə və həyatında tətbiq edə bilər. Hər bir insan həyatda uğur qazanmaq, bilikləri daha effektiv öyrənmək, daha rahat hiss etmək, xoşbəxt olmaq, yaxşı qazanmaq istəyir. İnsanın olduğu vəziyyətlə olmaq istədiyi vəziyyət arasındakı fərq, malik olduğu resurslardır. Əgər insan onu gücləndirəcək inanclara, davranışlara, strategiyalara və digər daxili resurslara malikdirsə, xarici resursları da yarada bilər. Hər yaş dövründə insan müxtəlif hədəflər müəyyənləşdirib, onlara nail bilər.  Bu yolda daxili və xarici resurslarını səfərbər edərək, özünü hədəfə kökləməli, doğru strategiyanı müəyyənləşdirməli, hərəkətə keçməli, addımlarını ölçməli, lazım gələrsə davranış elastikliyi göstərməlidir.

  • NLP və hipnozun bir- birindən fərqi nədir? Çox adam bu anlayışları qarışdırır.

Hipnoz çox faydalı metodologiyadır. Dünyanın dörd bir yanında minlərlə insana fayda verir. Hipnoz vasitəsilə bir çox xəstəlikləri, zərərli vərdişləri aradan qaldırmaq olar. Fərdi inkişaf məsələsində insanın daxilində olan potensialın ortaya çıxmasını təmin edə bilər. Hipnozla transın fərqi var. Bəzən insanlar bunu qarışdırırlar. Dərin hipnoz əslində trans halıdır. Yuxu ilə oyanıqlıq arasında bir keçiddir. Hipnoz isə insanın bir təlqini qəbul edib-etməməsidir. Trans halında insan diqqətini maksimum dərəcədə cəmləyir. Bu zaman insan qavrama və informasiya qəbul etməyə hazır olur. Sonra təlqinetmə həyata keçirilir. Hipnozdan estrada məqsədi ilə də istifadə olunur. NLP isə, modelləmə texnikası və uğur texnologiyasıdır. NLP-nin tətbiqat sahəsi daha genişdir, öyrənilməsi daha asandır və nəticələr daha sürətlə alınır. Təbii ki, terapiyada elə sahələr ola bilər ki, hipnoz və ya EFT (Emotional Freedom technique) tətbiq etmək daha effektiv ola bilər. NLP, hər sahədə ən yaxşıları model götürür və burada da dünya tarixində indiyə qədər ən yaxşı hipnoz ustadı olmuş Milton Erikson modelindən istifadə olunur. Ancaq Milton modeldən hazırda sadəcə hipnozda deyil, ailə daxili ünsiyyətdə, satışda, liderlikdə, məişət münasibətlərində, siyasətdə, mediada, sevgidə və digər sahələrdə də tətbiq olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər