Bank VTB (Azərbaycan)-ın idarə heyətinin yeni üzvü təyin olunub

Bank VTB (Azərbaycan)-ın idarə heyətinin yeni üzvü bankın maliyyə departamentinin müdiri Roman Rudakov təyin olunub. Bu barədə Banker.az-a VTB-dən xəbər verilir.

Roman Rudakov Belqorod Dövlət Universitetini, eləcə də Moskva Dövlət polad və ərintilər institutunu bitirib. Bank sahəsində böyük təcrübəyə malikdir: o, Rusiyanın “Uralsib”, “PromServisBank”, “Bank Aleksandrovski” və digər banklarında rəhbər vəzifələrdə çalışıb.

2017-ci ildən bank VTB (Azərbaycan)-ın maliyyə departamentinə rəhbərlik edir.