“Bank VTB (Azərbaycan)”nin Mərkəzi Bankın borclarını qaytaracağı tarix açıqlandı

“Bank VTB (Azərbaycan)” ASC-nin  Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyi azalıb və ana bankı olan  “VTB” qarşısındakı öhdəliyi qismən artıb.

Banker.az xəbər verir ki, bub barədə hesabatda deyilir.

Məlumata görə, bankın AMB qarşısındakı uzunmüddətli öhdəliyi illik 14,56 mln. manat azalaraq 2017-ci ilin dekabrın 31-nə cəmi 40,59 mln. manata düşüb. Bank AMB-yə 2017-ci il ərzində 2016-cı illə müqayisədə iki dəfə az faiz dərəcəsi ödəyib. Belə ki, borclar 2016-cı il yerli valyutada 12,49%-ə qədər illik ödəniş faizi olduğu halda 2017-ci ildə bu rəqəm 6,4%-ə düşüb.

Bankın qarşıdakı üç – 2019 və 2021 il ərzində Mərkəzi Bank qarşısındakı öhdəliyinin tam olaraq başa vurulması planlaşdırılır.

Ana bankı olan “VTB” (Rusiya) qarşısındakı öhdəliyi il ərzində 108 mln. manatdan 118 mln. manata kimi artıb.

2017-ci ilin sonuna daha bir maraqlı göstərici isə blok edilmiş öhdəliklərin 138,66 mln. manata qədər artmasıdır. 2016-cı iləd bu rəqəm “0” idi.

📝 RƏY BİLDİR