15 C
Baku
Friday, April 26, 2024

“Bank VTB (Azərbaycan)” “AzeriCard”a keçib

“Bank VTB (Azərbaycan)” ASC “AzeriCard” Prosesinq Mərkəzinə keçidi uğurla başa çatdırıb.

Məlumata görə, maliyyə qurumu prosesinq mərkəzinə keçidə bir ayəvvəl start verib. Daha öncə “Bank VTB (Azərbaycan)” “VTB Qrup”un törəmə qurumu kimi Rusiyanın “Multikarta” Prosesinq Mərkəzi ilə əməkdaşlıq edib.

Azərbaycan Mərkəzi Bankı tərəfindən bank qarşısında tənzimləyicinin “Ödəmə kartlarının emissiyası və istifadəsi Qaydaları”na uyğun olaraq ödəmə kartlarının və terminal şəbəkəsinin milli prosesinq mərkəzinə keçirilməsi tələbi qoyulub.

“Mərkəzi Bankın tövsiyələrinə əsasən, bankımız yerli prosesinq mərkəzinə keçid layihəsini həyata keçirdi. Ümumilikdə, yeni prosesinq mərkəzinə keçid plana uyğun reallaşdırıldı. Artıq bankımızın bütün ödəmə kartları və terminal şəbəkəsi “AzeriCard” Prosesinq Mərkəzi tərəfindən dəstəklənir”, – deyə “Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

“Bank VTB (Azərbaycan)” ASC “VTB Bank” ASC-nin törəmə bankıdır. “Bank VTB (Azərbaycan)” ASC-nin  səhmdarları “VTB Bank ASC” və “AtaHolding” ASC-dir. “Bank VTB (Azərbaycan)” ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olun.

APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər