8 C
Baku
Tuesday, March 19, 2024

Bank “VTB (Azərbaycan)”ın filialı “Formula-1” yarışları müddətində şənbə-bazar da işləyəcək

23-25 iyun 2017-ci il tarixində Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar olaraq bank VTB (Azərbaycan)-ın “Gənclik” filialı həftəsonu da işləyəcək. Şənbə və bazar günləri, yəni 24 və 25 iyunda filial saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

Filial müştərilərə bankın bütün xidmətlərini, o cümlədən valyuta mübadiləsi əməliyyatları, təcili pul köçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, məsləhət xidmətlərini göstərməyə davam edəcək.

bank vtb 241016 2
Bank VTB-nin filiallarından biri, Bakı.

Gücləndirilmiş iş qrafikinə keçid müştərilərin, o cümlədən Qran Pri avtomobil yarışları zamanı şəhərdəki qonaqların maksimal komfortu və rahatlığını təmin etmək məqsədi ilə nəzərdə tutulub.

“Gənclik” filialı eyniadlı metrostansiyanın çıxışında, M.K.Atatürk pr-ti 2 («Ganjlik Mall» TM ilə üzbəüz) ünvanında yerləşir.

Son xəbərlər
Digər xəbərlər