13 C
Baku
Friday, April 19, 2024

Azərbaycandakı Rusiya dövlət bankı kapitalını rekord həcmdə artırır

Rusiyanın ikinci ən iri bankı, səhmləri dövlətə məxsus “Bank VTB”nin Azərbaycandakı törəmə bankı “Bank VTB”nin kapitalını 265 milyon manata və ya dollarla ifadədə $157 milyona qədər artırır. “Reuters” agentliyinin Moskva bürosu Banka istinadən məlumat yayıb.

23 yanvar 2018-ci il tarixində Davosda keçirilən Dünya iqtisadi forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bank VTB-nin prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb.

Bank Banker.az-a təsdiqləyib ki, görüş zamanı tərəflər maliyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsində marağlı olduqlarını təsdiqləyiblər. Andrey Kostin Azərbaycan Prezidentinə bu ilin birinci rübündə VTB (Azərbaycan)-ın kapitalının 265 milyon manat məbləğində artırılması planlarından danışıb.

Tərəflər həmçinin Azərbaycan iqtisadiyyatına investisiyaların, xüsusilə də beynəlxalq bazarlardan ölkəyə maliyyə vəsaitləri cəlb edilməsinin təşkilində VTB-nin iştirakı məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, hazırda “Bank VTB (Azerbaijan)”ın nizamnamə kapitalı 50 815 000 manat olmaqla, hər birinin nominal dəyəri 0,2 manat olan, 254 075 000 ədəd adlı, sənədsiz, adi səhmdən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər