14 C
Baku
Wednesday, April 24, 2024

“Bank VTB (Azərbaycan)” səhmdarları toplaşır – Gündəlik açıqlandı

30 aprel 2018-ci il tarixində Bank VTB (Azərbaycan) ASC-nin Səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin açıqlamasında deyilir.

İclasın gündəliyi Bankın Səhmdarlarının növbəti Ümumi Yığıncağının katibinin seçilməsi haqqında; Bankın 2017-ci ilə olan maliyyə hesabatlığına baxılması haqqında; Bankın 2017-ci ilə olan mənfəətinin bölüşdürülməsi və dividentlərin ödənilməsinə dair təkliflərə baxılması kimi məsələlər müzakirə ediləcək. Bildirək ki, 2017-ci ilin 4 rübü ərzində “VTB” bankı  4 milyon 753 min Azərbaycan manatı xalis mənfəət edib.

Qeyd edək ki, Yığıncaq saat 11.00-da Bankın Bakı ş., Xətai prospekti 38 ünvanında yerləşən ofisində baş tutacaq.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər