15 C
Baku
Friday, March 29, 2024

“Bank VTB” korporativ müştərilərə overdraft xidmətini təklif edir

Bank VTB (Azərbaycan) sahibkarlara qısamüddətli kredit məhsulu olan overdraftdan istifadə etməyi təklif edir. Overdraftın müddəti 1 gündən 30 günədək təşkil edir.

Overdraft hesablaşma hesabındakı pul dövriyyəsində müvəqqəti vəsait çatışmazlığı ilə üzləşən müştərilərə avtomatik verilən qısamüddətli kreditdir. Overdraft xidməti hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün nəzərdə tutulub.

Məhsuldan istifadə etmək üçün bankın müştərilərinə limit müəyyənləşdirmək və müvafiq anketi doldurmaq kifayətdir. Bankın müştərisi olmayan şirkətlər overdraftdan istifadə üçün əlavə olaraq digər bankdakı hesablarındakı dövriyyə üzrə arayış təqdim etməli, xidmətin göstəriləcəyi barədə təsdiq aldıqdan sonra bank VTB (Azərbaycan)-da hesablaşma hesabı açmalıdır.

Overdraft sadələşdirilmiş prosedurayla və minimal sənəd toplumu ilə təqdim olunur. Overdraftın verilməsi üzrə qərar verilməsi və vəsaitin ayrılması maksimal qısa müddətdə, operativ həyata keçirilir.

Overdraft üzrə limit müştərinin tələbatını nəzərə almaqla fərdi qaydada müəyyənləşdirilir.

Overdraft xidməti barədə daha ətraflı məlumatı bankın filiallarından, habelə bankın saytındakı onlayn-konsultasiya xidmətindən və (012) 986 qısa nömrəli Çağrı Mərkəzindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər