13 C
Baku
Friday, April 26, 2024

Bank zəmanəti nədir?

Yəqin ki, bir çoxlarınız bank zəmanəti anlayışı haqqında eşitmisiniz. Bank zəmanətinin məhz nə olduğu və biznes təcrübəsində hansı şəkildə istifadə olunduğu barəsində bu məqalədə ətraflı məlumat ala bilərsiniz.

Bank zəmanəti – müqavilə təşkil edilərkən risklərin sığortalanmasının bir növüdür. Belə sığortalanmanın mahiyyəti ondan ibarətdir ki, müqavilə iştirakçısının (prinsipial) xahişi ilə tərəflər arasında bağlanan müqavilə üzrə riskləri bank, sığorta şirkəti və yaxud digər hüquqi şəxs (zəmanət) üzərinə götürür. Zəmanət yazılı formada təqdim edilir. Kreditor qarşısında prinsipial tərəfindən öz öhdəliklərinin yerinə yetirilməməsi halında zamin sonuncunun bütün zərərlərini və yaxud zəmanətdə qeyd olunmuş həcmdə zərəri öz üzərinə götürür.

İqtisadi cəhətdən zəmanət bir çox hallarda zaminlikdən fərqlənmir. Daha doğrusu, zaminlikdə olduğu kimi bank zəmanəti borcalanla müqavilə imzalayan zaman kreditorun qazandığı riskləri sığortalayır. Lakin bu iki anlayış arasında fərqlər də mövcuddur.

Müqavilənin bir hissəsi olan zaminlikdən fərqli olaraq, bank zəmanəti təmin etdiyi müqavilənin bir hissəsi hesab edilmir. Zəmanət verənin öhdəliyi müqavilənin inkişafından asılı olaraq dəyişə bilməz. Bank zəmanəti müəyyən müddətə verilir və zamin tərəfindən ləğv edilə bilməz.

Bank zəmanətində üç tərəf iştirak edir: zamin, prinsipial (borcalan) və benefisiar (kreditor).

Bank zəmanəti prosesində zamin qismində istənilən maliyyə-kredit təşkilatı və yaxud sığorta şirkəti oynaya bilər. Burada borcalan qismində isə hər hansı məhsul və yaxud xidmət təchizatçısı, alıcı, bank borcalanı və s. ola bilər.

Benefisiar – bank zəmanəti ilə təmin edilən müqavilədə kreditor rolunu oynayan şəxsdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər