23 C
Baku
Tuesday, April 23, 2024

Bank zəmanəti və akkreditiv: fərq nədədir?

Müasir biznes mühiti geniş maraq kütləsini əhatə edir və bu səbəbdən də, partnyorun etibarlılığına tam olaraq əmin ola bilmərik. Yeni partnyor ilə müqavilə hər zaman risk zonasında həyata keçirilən əməliyyata bərabərdir və bu cür məsələlərin həlli üçün bank zəmanəti və akkreditiv kimi maliyyə məhsulları yaradılmışdır.

Bank xidmətlərinin bu iki növünü ən çox istifadə olunan maliyyə məhsulları adlandırsaq yanılmarıq. Bu növün hər biri isə aid olduğu istiqamət üzrə ayrı-ayrı növlərə bölünür.

Bank zəmanəti – müqavilə təşkil edilərkən risklərin sığortalanmasının bir növüdür. Belə sığortalanmanın mahiyyəti ondan ibarətdir ki, müqavilə iştirakçısının (prinsipial) xahişi ilə tərəflər arasında bağlanan müqavilə üzrə riskləri bank, sığorta şirkəti və yaxud digər hüquqi şəxs (zəmanət) üzərinə götürür. Zəmanət yazılı formada təqdim edilir. Kreditor qarşısında prinsipial tərəfindən öz öhdəliklərinin yerinə yetirilməməsi halında zamin sonuncunun bütün zərərlərini və yaxud zəmanətdə qeyd olunmuş həcmdə zərəri öz üzərinə götürür.

İqtisadi cəhətdən zəmanət bir çox hallarda zaminlikdən fərqlənmir. Daha doğrusu, zaminlikdə olduğu kimi bank zəmanəti borcalanla müqavilə imzalayan zaman kreditorun qazandığı riskləri sığortalayır. Lakin bu iki anlayış arasında fərqlər də mövcuddur.

Müqavilənin bir hissəsi olan zaminlikdən fərqli olaraq, bank zəmanəti təmin etdiyi müqavilənin bir hissəsi hesab edilmir. Zəmanət verənin öhdəliyi müqavilənin inkişafından asılı olaraq dəyişə bilməz. Bank zəmanəti müəyyən müddətə verilir və zamin tərəfindən ləğv edilə bilməz.

Bank zəmanətində üç tərəf iştirak edir: zamin, prinsipial (borcalan) və benefisiar (kreditor).

Bank zəmanəti prosesində zamin qismində istənilən maliyyə-kredit təşkilatı və yaxud sığorta şirkəti oynaya bilər. Burada borcalan qismində isə hər hansı məhsul və yaxud xidmət təchizatçısı, alıcı, bank borcalanı və s. ola bilər.

Benefisiar – bank zəmanəti ilə təmin edilən müqavilədə kreditor rolunu oynayan şəxsdir.

Ən çox istifadə olunan bank zəmanəti növlərinə aşağıdakılar aiddir.

Konkurs, hərrac və auksionlarda təklifin təmin edilməsi kimi: Sözügedən bu zəmanət növü hərrac, auksion və yaxud tender qalibinin öz öhdəliyini yerinə yetirməsini təmin edir.

Öhdəliklərin müvafiq olaraq yerinə yetirilməsinə görə:  Zəmanətin bu növü tender və yaxud auksion qalibinə hərrac predmetinin keyfiyyətli və zamanında yerinə yetirilməsini maliyyə girovu olaraq təqdim edir. Bu zaman keyfiyyət təklif edilən varianta uyğun gəlmədiyi halda bank zəmanəti cərimə və peniyalar hesabına sifarişçiyə ödənilir.

Avansın geri qaytarılması: Avans ödənişlər zamanı müqaviləyə uyğun olaraq sifarişçi şərtlər düzgün olaraq yerinə yetirilmədiyi təqdirdə pulların bank zəmanəti olaraq sifarişçiyə qaytarılmasını tələb edə bilər. Bu məntiqli təhlükəsizlik tədbiridir. Çünki milyonlarla dəyəri olan dözvlət sifarişləri zamanı avans ödənişin həcmi sifariş məbləğinin 30%-ni təşkil edə bilər.

Bank zəmanəti əldə etmək üçün sənədlərin əldə edilməsi və verilməsi şərtlərini, müddəti aydınlaşdırmaq çox vacibdir. Bundan əlavə, bank zəmanəti əldə etmək istəyən şirkət vergi cəhətdən heç bir problemə sahib olmamalıdır. Kredit təşkilatı bu sənədləri mütləq olaraq təqdim etməlidir: bank zəmanətinə ehtiyac duyan şirkətin adı (prinsipal), təminatı alanın adı (benefisiar), müqavilənin surəti, məbləğin həcmi, zəmanətin qüvvədə olacağı zaman kəsiyi, ban zəmanətinin ödəniləcəyi tədbir.

Biznesin etibarsız partnyordan sığortalanmasının digər növü isə akkreditivdir.

Akkreditivlərin bank zəmanətindən əsas fərqi ondadır ki, bu halda bank müştəri və sifarişçi arasında “üçüncü şəxs” rolunu oynayır, öz aktivləri ilə risk etmir, bir müştəridən digərinə pul köçürməsi ilə bank xidmətini həyata keçirir, lakin müəyyən şərtlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq. Adətən, akkreditiv açan və akkreditivi icraçıya verən bank müxtəlif banklar olur. Burada əsas mahiyyət ondan ibarətdir ki, sifarişçi və icraçı əməkdaşlıq məsələlərini qaydaya salmaq istəyirlər, lakin hələ ödənişlərə və ağır yük altına girməyə hazır deyillər. Bu halda sifarişçi banka müraciət edir və sifariş məbləği əsasında akkreditivin açılması haqqında müqavilə imzalayır. Bu alıcı-müştərinin icraçı bankıdır.

Standart müqavilədə 4 iştirakçı iştirak edir: a) akkreditiv açan ödəyici, b) vəsaitləri köçürən emitet bank, c) pulları qəbul edən icraçı bank, ç) benefisiar (ödənişlərin kimin xeyrinə olması).

Akkreditivin əsas mahiyyəti ondan ibarətdir ki, benefisiar pul vəsaitlərini yalnız müəyyən edilmiş şərtlərin icrasından sonra əldə edə bilər. Məsələn, məhsulun çatdırılması faktından sonra. Buna görə də, sözügedən bu maliyyə aləti tərəflərin bir-birinə etibar etməməsi zamanı istifadə edilir.

Sözügedən məbləğ icraçıya onun tərəfindən lazımi sənədlər təqdim edildikdən sonra təqdim edilir. Bu sənədlər isə, sifarişçi tərəfindən imzalanmış məhsul haqqında hesablaşma sənədləri, yükün çatdırılması ilə məşğul olan ticarət şirkətinin sənədləri və s. ola bilər. Alıcının bankı icraedici bankdan alınmış sənədlərə əsaslanaraq akkreditiv ödənişini həyata keçirir.

Bank zəmanəti ilə akkreditivin oxşar və fərqli cəhətləri:

Bank zəmanəti kimi akkreditiv də kredit alətinə aid edilir. Bu maliyyə təşkilatlarının bank təşkilatının benefisiara ödədiyi pul vəsaitlərinin itirilməsi riskini öz üzərinə götürür. Məhz buna görə də, bank zəmanəti və yaxud akkreditiv kreditlər kimi eyni sxem üzrə təqdim edilir. İlk olaraq ərizəçinin maliyyə vəziyyəti təhlil edilir, daha sonra girov və yaxud zamin haqqında müqavilə imzalanır. Bununla yanaşı, bank məhsullarının bu növü kreditlərdən əhəmiyyətli dərəcədə ucuzdur.

Bank zəmanəti və akkreditiv maliyyə təhlükəsizliyi üsullarından biridir və onlar arasındakı əsas fərq hansı tərəfin maraqlarının qorunmasındadır. Bank zəmanəti zamanı müstəsna olaraq partnyorun maraqlarının təhlükəsizliyi həyata keçirilir. Akkreditiv isə hər iki partnyorun maraqlarını nəzərə alır. Nəticədə, sifarişçi etibarsız məhsul təminatçısından sığortalanmış olur. Təminatçı isə öz öhədiklərini yerinə yetirməsi ilə bağlı sənədləri təqdim etdikdən sonra öz xidmətlərinin qarşılığının ödəniləcəyi ilə bağlı bank zəmanəti əldə edir.

Bəzi hallarda bank zəmanəti və yaxud akkreditiv standart kreditə alternativ rolunu da oynaya bilər. Məhsul və yaxud xidmətin ödənişini etmək mütləq olduqda, partnyora avansdan heç bir məbləğ lazım olmadığını böyük ehtimalla təxmin etmək olar. Belə bir vəziyyət yarandıqda şəxsi xərcləri azaltmaq məqsədilə partnyora ya bank zəmanəti, ya da akkreditiv təklif etmək olar. İstənilən halda, bu maliyyə cəhətdən öz təsdiqini tapacaq. Belə ki, kredit hər zaman baha başa gəlir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər