17 C
Baku
Friday, April 19, 2024

Banka getmədən virtual karta necə pul yerləşdirmək olar?

Ölkəmizdə virtual kart istifadəçilərinin sayı günü gündən daha da çoxalır. İnternetdə ödənişlər etmək və yaxud istədiyiniz zaman onlayn alış- veriş zamanı bu kartlardan istifadə olunur. Digər kartlardan fərqli olaraq virtual kartlardan sadəcə onlayn istifadə etmək mümkündür.

Virtual kart sizə plastik kart şəklində təqdim olunmur . Bu kartdan istifadə üçün sizə sadəcə hesab kodu verilir. Sadəcə olaraq internetdən alış-veriş edə bilməyiniz üçün hazırlanmış Virtual Kartları ölkənin bir çox banklarından əldə edə bilərsiniz. xidmət haqqı isə bankdan asılı olaraq dəyişir. Kart sahibi olduqdan sonra isə istədiyiniz zaman onlayn ödənişlərinizi edə bilərsiniz.

Bu kartlardan debet kartı kimi istifadə etməyiniz mümkündür. Yəni, onlayn olaraq xərcləyəcəyiniz vəsaiti, siz özünüz virtual kartınıza yerləşdirməlisiniz. Kartınıza lazım olan vəsaiti yerləşdirə bilməyiniz üçün isə kartın aid olduğu banka yaxınlaşmalısınız. Ad və soyadınızı deməklə kartınıza istədiyiniz məbləği, bir neçə valyutada yerləşdirə bilərsiniz.

Lakin banklarda olan növbələr hər kəsə məlumdur. Bütün bunlar sizin vaxtınızı boşuna itməsinə səbəb ola bilər. Bu səbəbdən, MilliÖn vasitəsilə kartınıza vəsaitin yerləşdirilməsi daha səmərəlidir. Çox təəssüf ki, bir çox banların virtual kartlar təqdim etməsinə baxmayaraq, MilliÖn vasitəsilə virtual karta pullarınızı yerləşdirə biləcəyiniz bankların siyahısı çox azdır.

Hansı bankın Virtual Kartına vəsait yerləşdirə bilərsiniz?

MilliÖn nümayəndəsinin sözlərinə görə siz, Bank Respublika və DəmirBankdan əldə etdiyiniz Virtual karta istədiyiniz məbləği yerləşdirə bilərsiniz.  Hal-hazırda bu sahə üzrə yalnız bir bankın xidmət göstərilməsinə baxmayaraq gələcəkdə, digər bankların da bu xidmətə qoşulması mümkündür.

Qısaca demək istərdik ki, MilliÖn- kredit ödənişləri üçün istifadə olunan, ödəmə terminalıdır.  Günün istənilən vaxtı bu terminallar vasitəsilə ödənişlərin edilməsi mümkündür. Hazırda isə 20-yə yaxın bankın kredit ödənişlərini bu terminallar vasitəsilə etməyiniz mümkündür.

Son xəbərlər
Digər xəbərlər