21 C
Baku
Friday, April 26, 2024

Bankdan kredit alan vətəndaşı qarət etdi, 4 il 6 ay iş aldı

Bankdan kredit alan vətəndaşı qarət edən Ağcabədi sakini 4 il 6 ay cəza alıb.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi rayon sakini Təbriz Həsənovun CM-in 180.2.1 (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 180.2.4 (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) və 180.2.5-ci (soyğunçuluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xatırladaq ki, T.Həsənov açıq talamaq məqsədilə Namid Kəlbiyev, Natiq Əsgərov və Məftun Abbasovla qabaqcadan əlbir olub bir qrup şəxs halında, ötən il fevralın 12-si saat 24 radələrində Sabunçu bazarının yaxınlığında Lənkəran rayon sakini Asif İbrahimzadəyə xəsarətlər yetirərək, sonuncunun əynindəki gödəkcəsinin çibindən 4000 manat nağd pulu və hər birinin qiyməti 1 manat olan 8 ədəd lotereyaları talayaraq hadisə yerindən qaçıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər