19 C
Baku
Thursday, April 25, 2024

Bankın 2,4 mln. manatlıq mənimsəmədə təqsirləndirilən sabiq filial müdirinin məhkəməsi başlayıb

Astara Rayon Məhkəməsində “Bank Respublika”nın Astara rayon filialının külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən sabiq müdiri Rövşən Quliyev və bankın digər əməkdaşlarının cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Prosesdə prokuror ittiham aktını elan edib. R. Quliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

İttihama görə, R. Quliyev və “Bank Respublika”nın Astara rayon filialının müdiri vəzifəsində çalışarkən, ayrı-ayrı vətəndaşların ümumilikdə 2 milyon 400 min manat məbləğində vəsaitini mənimsəyib.

İş üzrə R. Quliyev də daxil olmaqla, 10 nəfər təqsirləndirilən şəxs, 1000 nəfər zərərçəkmiş və şahid var.

R. Quliyevin barəsində həbs-qətimkan tədbiri seçilib.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər