12 C
Baku
Thursday, March 28, 2024

Bankir olmaq neçəyə başa gəlir?

Və ya ölkəmizdə ən bahalı təhsil hansı universitetdədir?

Aranızda neçə nəfər uşaqlıqda bankir olmaq istəyib? Yəqin ki, çoxunuz. Bankir deyəndə çoxlarının təsəvvüründə ciddi, alicənab, savadlı, puldan yaxşı başı çıxan, bəzən səxavətli, bəzən xəsis bir obraz canlanır. Bəs əslində bankir kimdir?

Bankir – bank kapitalının sahibkarı və eyni zamanda bank biznesində iştirak edən menecerdir. Bankir peşəsi bizim günlərdə geniş yayılmış və olduqca populyardır. Bank işinin mütəxəssisləri – bankda çalışan əməkdaşlardır. Bankirin öhdəliklər dairəsi onun tutduğu vəzifədən asılıdır. Əsasən isə bu pul və ya müştərilər ilə işdən ibarətdir: investisiya, yatırım, xidmət, müxtəlif məsələlərlə bağlı konsultasiya, həmçinin analitik fəaliyyət, planlama və proqnoz etmə.

Bu gün Azərbaycanda bu peşəyə yiyələnmək istəyənlər, əsasən oğlanlar ilk öncə ikinci ixtisas qrupu üzrə qəbul imtahanlarını uğurla verməlidir. Təəssüf ki, ölkədə təhsil prosesi və sistemi elə qurulub ki, xüsusi hazırlıq olmadan ikinci qrupun bu ixtisaslarına yiyələnmək elə də asan deyil, bu qrup üzrə rəqabət əksər hallarda yüksək olur və dövlət sifarişli ixtisaslara qəbul olmaq üçün öncədən ciddi bir və ya iki il hazırlaşmaq lazım gəlir. Nəzərə alsaq ki, hər ixtisas qrupundan tələbələr 5 fəndən imtahan verir, müvəffəqiyyət qazanmaq üçün onlar 5 fərqli repetitorla məşğul olurlar. Əgər ortalama şagirdin bir müəllimə 50 AZN xərci, bir aylıq xərclər 250 AZN, 1 illik (yəni 9 aylıq) 2250, 2 illik (yəni 18 aylıq) 4500 AZN edir. Amma təkcə müəllimlərə sərf olunan vəsaitdir, digər tərəfdən kitab-dəftər, müxtəlif testlər, sınaq imtahanları və s də şagirddən əlavə xərclər tələb edir (şagird özünə yeni vəsaitlər ala və ya daha ucuz olsun deyə istifadə olunmuş və yoldaşları ilə şərikli şəkildə vəsaitlərdən istifadə edə bilər. Bu xərclərində minimum il ərzində 150-200 AZN olmasını söyləmək olar. Yaşayış və nəqliyyat xərclərini isə hələ ki nəzərə almırıq.

Amma bütün bu hazırlıq prosesinin müqabilində tələbələr heç də həmişə dövlət sifarişi və ya ənənəvi qaydada desək “pulsuz universitetlərə” qəbul oluna bilmir.
Ölkəmizdə, bank, maliyyə və iqtisadiyyat üzrə təhsil haqlarına nəzər salmağa qərar verdik. Hazırda 2013-2014-cü tədris ili üçün ali məktəblərə qəbul müsabiqəsində qəbul aparılan ixtisaslar və onların təhsil haqlarından ibarət cədvələ birlikdə nəzər salaq (yalnız iqtisadiyyat, maliyyə və bank işi ixtisasları üzrə).

Qeyd etmək istərdik ki, ölkəmizdə ən bahalı təhsil müəssisələri Qafqaz Universiteti (4500-4000 AZN), Qərb Universiteti (3850-3500 AZN), Xəzər Universiteti (3500AZN) və Azərbaycan Diplomatiya Akademiyasıdır (3500 AZN). Ən Ucuz təhsil haqqı isə regionlarda Mingəçevir Politexnik İnstitutu (1000 -9000 AZN) və Lənkəran Dövlət Universitetində (1400-1200 AZN) qeydə alınıb.

Bu təhsil haqlarına baxdıqda Azərbaycan kənarda təhsil almağın daha sərfəli və keyfiyyətli olduğunu da düşünmək olar. Nəzərdən qaçırmayaq ki, tələbələr təhsil müddətində təhsil haqqı ilə yanaşı digər xərclərlə də üzləşir (nəqliyyat, kirayə, qidalanma, geyim və s).

İxtisasların adı

Təhsil alma forması

Plan

Təhsil haqqı

əyani və qiyabi (AZN)

Bakı Dövlət Universiteti

(müsabiqə rus bölməsi ilə birlikdə aparılır)

Dünya iqtisadiyyatı

Əyani/qiyabi

150

2000

2000

İqtisadiyyat

Əyani/qiyabi

100

1500

1500

Azərbaycan Dövlət Neft Akademiyası 

(müsabiqə rus bölməsi ilə birlikdə aparılır)

Dünya iqtisadiyyatı

Əyani

58

1200

İqtisadiyyat

Əyani

20

1200

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Maliyyə

Əyani

20

2000

Azərbaycan Dövlət iqtisad Universiteti

(müsabiqə rus bölməsi ilə birlikdə aparılır)

Dünya iqtisadiyyatı

Əyani/Qiyabi

340

2000

1500

Mühasibat uçotu və audit

Əyani/Qiyabi

265

1900

1400

Maliyyə

Əyani/Qiyabi

400

2000

1500

İqtisadiyyat

Əyani/Qiyabi

560

1700

1400

Azərbaycan Dövlət İqtisad Universiteti

(tədris ingilis dilində rus bölməsi ilə birlikdə aparılır)

Dünya iqtisadiyyatı

Əyani

45

2000

AR Prezident Yanında Dövlət İdarəçilik Akademiyası

(müsabiqə rus bölməsi ilə birgə aparılır)

İqtisadiyyat

Əyani

40

2000

Azərbaycan Diplomatiya Akademiyası

İqtisadiyyat

Əyani

40

3500 (YÖ)

Azərbaycan Turizm İnstitutu

Maliyyə

Əyani

15

2000

Milli Aviasiya Akademiyası

Dünya iqtisadiyyatı

Əyani

24

2000

Naxçıvan Dövlət Universiteti

Mühasibat uçotu və audit

Əyani/Qiyabi

35

1300

1250

İqtisadiyyat

Əyani/Qiyabi

35

1300

1250

Dünya iqtisadiyyatı

Əyani

20

1300

Azərbaycan Dövlət Aqrar Universiteti

(Gəncə şəhəri)

Mühasibat uçotu və audit

Əyani/Qiyabi

65

1500

1200

Maliyyə

Əyani/Qiyabi

55

1500

1200

Müsabiqə rus bölməsi ilə birlikdə aparılır

Dünya İqtisadiyyatı

Əyani/Qiyabi

60

1500

1200

İqtisadiyyat

Əyani/Qiyabi

70

1500

1200

Tədris ingilis dilində, müsabiqə rus bölməsi ilə birlikdə aparılır

Dünya iqtisadiyyatı

Əyani

15

1500

Gəncə Dövlət Universiteti

Mühasibat uçotu və audit

Əyani

25

1800

İqtisadiyyat

Əyani/Qiyabi

45

1800

1500

Sumqayıt Dövlət Universiteti

Dünya İqtisadiyyatı

Əyani/Qiyabi

35

1700

1700

Mühasibat uçotu və audit

Əyani/Qiyabi

45

1700

1700

İqtisadiyyat

Əyani

15

1600

Mingəçevir Politexnik İnstitutu

İqtisadiyyat

Əyani/Qiyabi

49

1000

900

 

Lənkəran Dövlət Unniversiteti

Mühasibat uçotu və audit

Əyani/Qiyabi

70

1400

1200

Maliyyə

Əyani

30

1400

İqtisadiyyat

Əyani/Qiyabi

80

1400

1200

Azərbaycan Korporasiya Universiteti

(yalnız ödənişli)

Mühasibat uçotu və audit

Əyani/Qiyabi

45

2800

Müsabiqə rus bölməsi ilə birlikdə aparılır

Dünya iqtisadiyyatı

Əyani/Qiyabi

100

3000 (YÖ)

2800 (YÖ)

Maliyyə

Əyani/Qiyabi

100

3000 (YÖ)

2800 (YÖ)

İqtisadiyyat

Əyani

100

3000 (YÖ)

“Azərbaycan” Universiteti

(müsabiqə rus bölməsi ilə birlikdə aparılır)

Dünya iqtisadiyyatı

Əyani

20

2500

Mühasibat uçotu və audit

Əyani

20

2500

Maliyyə

Əyani

20

2500

İqtisadiyyat

Əyani

20

2500

Rus, ingilis və Azərbaycan dillərində tədris

Dünya iqtisadiyyatı

Əyani

30

3000

Mühasibat uçotu və audit

Əyani

30

3000

Maliyyə

Əyani

30

3000

Qərb Universiteti

Dünya iqtisadiyyatı

Əyani

25

3500 (YÖ)

Maliyyə

Əyani

25

3855 (YÖ)

İqtisadiyyat

Əyani

22

3350 (YÖ)

Tədris ingilis dilində, müsabiqə rus bölməsi ilə birlikdə aparılır

Dünya iqtisadiyyatı

Əyani

8

3350 (YÖ)

Maliyyə

Əyani

7

3350 (YÖ)

Xəzər Universiteti

(müsabiqə rus bölməsi ilə birlikdə aparılır)

Mühasibat uçotu və audit

Əyani

25

3500 (YÖ)

Maliyyə

Əyani

25

3500 (YÖ)

İqtisadiyyat

Əyani

15

3500 (YÖ)

Qafqaz Universiteti 

(tədris Azərbaycan dilində müsabiqə rus bölməsi ilə birlikdə aparılır)

Dünya iqtisadiyyatı

Əyani

30

4000 (YÖ)

Maliyyə

Əyani

40

4000 (YÖ

Tədris ingilis dilində müsabiqə rus bölməsi ilə birlikdə aparılır

Dünya iqtisadiyyatı

Əyani

20

4500

Mühasibat uçotu və audit

Əyani

20

4500

Maliyyə

Əyani

20

4500

“Təfəkkür” Universiteti

(müsabiqə rus bölməsi ilə birlikdə aparılır)

Dünya iqtisadiyyatı

Əyani

40

2600

Mühasibat uçotu və audit

Əyani

40

2600

Maliyyə

Əyani

50

2600

“Odlar Yurdu”

Universiteti (müsabiqə rus bölməsi ilə birlikdə aparılır)

Dünya iqtisadiyyatı

Əyani/Qiyabi

40

3000

3000

Mühasibat uçotu və audit

Əyani/Qiyabi

50

3000

3000

Maliyyə

Əyani/Qiyabi

50

3000

3000

Bakı Biznes Universiteti

(müsabiqə rus bölməsi ilə birlikdə aparılır)

Dünya iqtisadiyyatı

Əyani

35

2400

Mühasibat uçotu və audit

Əyani

50

2000

Maliyyə

Əyani

50

2000

İqtisadiyyat

Əyani

25

2000

 

Azərbaycan İctimai Siyasi Universiteti

Mühasibat uçotu və audit

Əyani

35

3000

Maliyyə

Əyani

35

3000

 

Naxçıvan Özəl Universiteti

(Naxçıvan şəhəri)

Mühasibat uçotu və audit

Əyani

20

1500 (YÖ)

Maliyyə

Əyani

20

1500 (YÖ)

İqtisadiyyat

Əyani/Qiyabi

45

1500 (YÖ)

1200 (YÖ)

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

İqtisadiyyat

Əyani

30

2000 (YÖ)

Müsabiqə rus bölməsi ilə birlikdə aparılır

Mühasibat uçotu və audit

Əyani

50

2000 (YÖ)

Maliyyə

Əyani

50

2000 (YÖ)

Qeydlər: YÖ –qısalması yalnız ödənişli əsaslarla təhsil almağın mümkün olduğunu göstərir.

Xəzər Universitetində – qəbul imtahanlarında 500-dən çox bal toplayanlar tələbələrə təhsil haqqının ödənilməsində müxtəlif faizli güzəştlər tətbiq edilir. O cümlədən 650—700 üçün 100%, 600-649 bal üçün 75%, 550- 599 üçün 50%, 500-549 bal üçün 25% güzəşt edilir.

Qafqaz Universitetində güzəştlər qeyd etdiyimiz ixtisaslara şamil edilmir.

Azərbaycan Dövlət Neft Akademiyasında iqtisadiyyatı üzrə mütəxəssis hazırlığı Almaniyanın Zigen Universiteti və ABŞ-ın Corciya Dövlət Universiteti ilə ADNA- nın birgə beynəlxalq proqramları üzrə həyata keçirilir, tədris ingilis dilindədir.

Azərbaycan Universitetində ingilis dilində keçirilən ixtisaslar üzrə tədris ABŞ-ın Corciya Dövlət Universiteti və Gürcüstanın Qafqaz universiteti ilə bilikdə BBA proqramı çərçivəsində aparılır.

Magistr pilləsi üzrə təhsil məsələlərindən ayrılıqda bəhs edəcəyik.

Son xəbərlər
Digər xəbərlər