13 C
Baku
Friday, April 26, 2024

Bankirlər real sektorun kreditləşməsinin bərpasını müzakirə edib

Bu gün Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib. ABA-dan verilən məlumata görə, iclasda bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması, o cümlədən bu istiqamətdə qanunvericilik və normativ bazanın təkmilləşdirilməsi, bankların fəaliyyətinin daha səmərəli təşkili ilə əlaqədar təkliflər müzakirə edilib.

ABA tərəfindən irəli sürülmüş təkliflər əsasən bank sisteminin sağlamlaşdırılmasına dövlət dəstəyi, hüquqi bazanın təkmilləşdirilməsi, maliyyə bazarlarının fəaliyyətinin inkişafı, real sektorun kreditləşməsinin bərpası, hesablaşmaların və infrastrukturun təkmilləşdirilməsinə dair məsələləri əhatə edib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda “Azericard” MMC ABA-nın üzvüdür.

APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər