8 C
Baku
Friday, March 29, 2024

Banklar hansı audit şirkəti ilə işləyir?

Audit dedikdə təbii ki, ilk olaraq ağıla mühasibat və maliyyə haqqında hesabatlar gəlir.

Daha aydın desək, audit- əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.

Audit əsasən daxilikənar auditdən ibarətdir. Lakin hər iki audit növü bir-birindən fərqlənir.

Daxili audit əsasən idarəetmə nəzarətinin ayrılmaz və mühüm elementi hesab olunur. Daxili audit fəaliyyəti barədə informasiya verir və menecerlərin hesabatlarının düzgünlüyünü təsdiqləyir. Bu auditin vəzifəsi başlıca olaraq ehtiyatların itkisinin qarşısını almaq və müəssisə daxilində zəruri dəyişikliklər aparmaqdır.

Kənar audit  isə təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor formaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır. Sərbəst auditorun sərbəstliyi həm qanunvericilik, həm də etik normalarla müəyyənləşdirilir.

Hazırda ölkəmizdə bankların da etirab etdiyi bir neçə audit şirkətləri vardır. Bəs banklarımız hansı audit şirkətlər ilə işləyir?

Aşağıdakı cədvəldə bankların hansı audit şirkətləri ilə işlədiyi haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Bankların adı Audit Şirkətləri
Nikoil Bank Baker Tilly
Gəncə Bank Baker Tilly
Bank Avrasiya Baker Tilly Azerbaijan
Xalq Bank Crowe Horwath
Bank of Baku Deloitte Touche
Beynəlxalq Bank Deloitte Touche
Azərbaycan Kredit Bankı Deloitte Touche
Bank Respublika Deloitte Touche
Ata Bank Deloitte Touche
Rabitəbank Deloitte Touche
DəmirBank Deloitte Touche
Unibank Deloitte Touche
Bank VTB Ernst Young
Kapital Bank Ernst Young
Access Bank Ernst Young
Expressbank Ernst Young
YapıKredi Bank Ernst Young
ASB Bank Grant Thornton
Bank Silk Way Grant Thornton
Bank of Azerbaijan HLB Azerbaijan
Azər-Türk Bank Kapital Karden
Zamin Bank Kapital Karden
AG Bank KPMG Azerbaijan
Bank Standard KPMG Azerbaijan
Turan Bank KPMG Azerbaijan
Bank Technique KPMG Azerbaijan
Amrahbank PWC (PraysvoterhausKupers)
AFB Bank PWC (PraysvoterhausKupers)
Para Bank RSM Azerbaijan
Günay Bank RSM Azerbaijan
Deka Bank RSM Azerbaijan
Yunayted Kredit RSM Kapital Karden
Son xəbərlər
Digər xəbərlər