14 C
Baku
Thursday, March 28, 2024

Banklar haqqında qanunun 33-cü maddəsi əslində bankları xilas edə bilərmi?

Müəllif: Pərviz Məmmədov

Müştərilərin ödəniş qabiliyyətinin aşağı düşməsi bir çox bankların sahibliyində yüzlərlə avtomobilin cəmləşməsinə gətirib çıxarmışdır. Bir çox bankların sərəncamında ticarət obyektləri, yaşayış evləri istirahət mərkəzləri toplanmışdır ki, bunların istifadəsi əslində banklara əlavə maliyyə vəsaitlərinin daxil olmasına gətirib çıxara bilər.  Necə?

[su_box title=”Banklar haqqında qanun” style=”soft”]    M a d d ə 33. Banklar tərəfindən həyata keçirilməyən fəaliyyət növləri 33.1.Bu Qanunun 32-ci maddəsində icazə verilmiş fəaliyyət növləri istisna olmaqla, heç bir bank topdansatış və ya pərakəndə ticarət, istehsal, nəqliyyat, kənd təsərrüfatı, yataqların işlənilməsi, tikinti və sığorta fəaliyyəti ilə məşğul ola və ya sığorta təşkilatları istisna olmaqla tərəfdaş, şərik və ya payçı kimi bunlarda iştirak edə bilməz. 33.2.Öhdəlik üzrə tələblərini ödəmək məqsədilə bank yalnız Mərkəzi Bankın icazəsi ilə və yalnız icazədə göstərilən müddət ərzində bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirə və ya həmin fəaliyyət növlərini həyata keçirən hüquqi şəxslərdə tərəfdaş, şərik və ya payçı ki-mi iştirak edə bilər. [/su_box]

  Etiraf etməliyik ki, son dövrlərdə bank sektorunda olan yüksək gəlirlər ən savadlı və bacarıqlı maliyyəçilərin, idarəedicilərin məhz bank sektorunda toplanmasına gətirib çıxarıb və bu peşəkarlar qısa müddətə bankın  sərəncamında olan aktivlərdən qeyri-bank sektorunda istifadə edib gəlirə çıxan bizneslər yarada bilərlər.

    Məsələn: bank sərəncamında olan avtomobilləri elə öz işsiz kreditorlarına gündəlik icarəyə verə bilər. Və onlara həm iş yeri yaratmış olar həm də müştərilər kreditini ödəməyə vəsait əldə edərlər.

       İşləməyən restoranı bazarın tələbinə uyğun yenidən qurub gəlirə çıxarmaq olar.

      Boş qalan evlərə ucuz kirayənişin tapmaq və ya onları turistlərə bir neçə günlük icarəyə vermək olar.

      Rayonlarda isə peşəkarlar düzgün kənd təsərrüfatı müəssisələri yaratsalar və orda kredit borcu olan vətəndşalar üçün iş imkanları yaratsalar o halda kəndli həm iş tapacaq təsərrüfatla məşğul olacaq həm də kreditini ödəyəcək. Nəticədə bir müddət sonra çox ciddi nəticələrə əldə olunacaqdır.

    Digər bir versiya kəndli çox vaxt cins mal-qara ala bilmir və ya torpağını düzgün becərə bilmir yaxşı toxum ala bilmir.  Kəndlərdə kredit verən kredit təşkilatları vətəndaşın torpağını gəlir bölüşdürülməsi müqaviləsi əsasında ondan götürür toprağa investisiya qoyur və mövüsümün sonunda götürdüyü məhsulla kreditin bir hissəsi və ya hamisi bağlanılır. İşlərin görülməsinə isə kəndli və onun ailə üzvləri ədalətli şərtlər əsasında cəlb edilir.

    Əgər kəndlinin ferması varsa ona heyvanlar icarəyə verilir və gündəlik ondan süd yumurta və s tələb edilərək reallaşdırılır.

   Burada qoyulan versiyalardan fərqli addımlar da atıla bilər. Məsələn kreditini ödəyə bilməyən lakin torpaq sahəsi olan və ya biznes avadanlığı olan şəxslər var. Onların krediti həmin əmlaklarla əvəzləşdirilə bilər və sonradana bank tərəfindən yaradılacaq istehsal sahələri və s. üçün istifadə edilə bilər.

Son xəbərlər
Digər xəbərlər