16 C
Baku
Thursday, March 28, 2024

Banklar hökumətə 550 mln. dollar borc verib

Rusiyanın özəl kommersiya bankları hökumətin 550 mln. ABŞ dolları həcmində suveren avrobondlarını alıb. Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov TASS agentliyinə bildirib. 

Nazir qeyd edib ki, bütün sifarişlər təhlil edilib və ilk olaraq xarici investorlar diqqətə alınıb: “Daha sonra 1,75 mlrd. dollar həcmində avroistiqraz emissiyasının yerləşdirilməsinə, bunun da 1,2 mlrd.-lıq hissəsinin xarici investorlara ayrılmasına qərar verdik. Yerli banklar arasında isə gələcəkdə istiqrazlarla işləmək imkanının yaranması baxımından qeyri-dövlət banklarına üstünlük verilib”.

“Vedomosti” qəzeti isə bildirib ki, Rusiya avroistiqrazlarına tələb süni şəkildə artırılıb. Şirkətlər almaq istədiklərindən daha çox istiqraz üçün sifariş verib. Maliyyə Nazirliyinin məlumatına görə, istiqrazlar 10 il müddətinə, illik 4,75% gəlirliyi ilə buraxılıb. Emissiya tam yerləşdirilib, sifarişlərin ümumi həcmi isə 7 mlrd. dollar olub.

Report

Son xəbərlər
Digər xəbərlər