Banklar kredit kartlarını hansı şərtlərlə verirlər?

Hazırda bank məhsulları arasında ən çox tələbat olanlardan biri məhz kredit kartlarıdır. Bu əsasən kredit kartının adi nağd kreditlərdən müəyyən vəziyyətlərdə üstünlüklərindən ibarətdir. Müştərilər kredit kartlarını daha çox güzəşt müddətinin olmasına görə yüksək qiymətləndirirlər.

Hazırda, bankların təqdim etdikləri kredit kartlarının siyahısı və şərtləri aşağıdakı cədvəldə təqdim edilmişdir.

BanklarGüzəşt müddətiMax.MəbləğZaminKartın qiymətiFaizKomissiyon
Access Bank40 gün ərzində %-sizƏ/H 3 misli qədər (USD)Yüksək məbləğlərdə12 AZN27%0%
AFB Bank40 gün ərzində %-siz5000 (AZN/USD)1 zamin10 AZN25%1%
AGBank40 gün ərzində %-siz6000 (USD)Xüsusi hallarda21-34 AZN26-28%1%
Amrahbank40 gün ərzində %-siz10 000 (USD)1500+ 1 zamin20 AZN16.5%1%
ASB40 gün ərzində %-sizƏ/H 3 misli qədər(AZN/USD)1 zamin15 AZN2%1%
Atra BankYoxdur2000 (USD)1 zamin100 AZN qədər28%1%
Azər-Türk BankYoxdurƏ/H 3 misli qədər(USD)1 zamin20 AZN20%1%
Bank of Baku (AİLƏ Bolkartı)*5000 (AZN)Xüsusi hallarda20 AZN29%1%
Bank Respublika45 gün ərzində %-siz200-5000 (AZN/USD)Ə/H 2 mislindən sonra 1 zaminPulsuz27-29%1%
Bank VTB45 gün ərzində %-siz300-11000 (AZN/USD)3000+ 1 zamin5-8 AZN26-29%1%
Dəmir Bank40 gün ərzində %-siz38 000 (AZN/USD)Tələb olunmurPulsuz23%1%
Expressbank(Smile Kard)*500-1800 (AZN)Tələb olunmurPulsuz6-12%0%
Nikoil Bank40 gün ərzində %-siz10 000 (USD)3000 + 1 zaminPulsuz27.9%1%
Rabita Bank30 gün ərzində %-siz5000( USD)1 zamin15 AZN26%1%
Unibank (ALBALI+ Gold)40 gün ərzində %-siz10000 (AZN)Tələb olunmur20 AZN2.5%1%
Xalq Bank35 gün ərzində %-siz10000 (USD)2 zamin30-50 AZN20-28%1%

Qeyd:
*  Bank of Baku  – Əgər bu kartları Milli kart vasitəsilə istifadə etsək %-lər növbəti gündən,Azəri kart vasitəsilə istifadə etsək %-lər növbəti ayın 10-dan hesablanacaq.

** ExpressBank Smille kartı iki cür:6 və 12 aylıq götürmək olur.6 aylıq götürdükdə 6 %-lə,12 aylıq götürdükdə isə 12%-lə hesablanır.