Banklar manat kreditini hansı şərtlərlə təklif edirlər? (SİYAHI)

Son dövrlər bankların kreditləşmə siyasətlərində bir neçə dəyişiklik olmuşdur. Bu dəyişikliklərin daha çox baş verdiyi istiqamət məhz manatla kreditlərin verilməsi oldu. Bir çox banklar milli valyuta ilə kredit verməyi riskli saysada bəziləri tam gücü ilə, bir qismi isə müəyyən şərtlər daxilində manatla kreditlə təklif edirlər.

Hazırda bazarda təklif olunan manat kreditləri ilə bağlı vəziyyət aşağıdakı cədvəldə qısaca olaraq qeyd edilmişdir.

Qeyd olunan məhsullarla bağlı əlavə sual yaradıqda, aşağıdakı Rəy bölməsində sualınızı yazmağı unutmayın – həm bank, həm Banker.az sizin sualınızın cavablandırılmasında köməklik göstərəcəkdir.

*Məlumatların çoxu banklara müştəri qismində zəng edilərək əldə edilmişdir.

Bankların adıMüştərinin soruşduğu məbləğİllik faizKomissiyaSığortaManatla təklif olunan kreditin maksimum məbləği
AccessBank2500 AZN27%1%2500 AZN
AFB-Bank3000 AZN24%1%
Amrahbank3000 AZN29%0%
Azərbaycan Beynəlxalq Bankı3000 AZN20%1%3%
Bank Avrasiya3000 AZN26%1%
Bank BTBBank açıqlama vermi25%-28%1%
Bank of Baku3000 AZN27%1%
Bank Standard1500 AZN28%1%1500 AZN
Bank VTBBank açıqlama vermi29%1%
DəmirBankBank açıqlama vermi23%-29%0%
ExpressbankBank açıqlama vermi27%1%
Nikoil Bank1000 AZN27%1%1000 AZN
UnibankBank açıqlama vermi25%-28,2%1%
Yapı Kredi Bank3000 AZN24%1% 1,1%

Bəzi banklar Manat kreditlərini xüsusi şərtlərlə verirlər. Onlar aşağıdakılardır:

Bankların adıMəbləğİllik faizKomissiyaMəhsul
AccessBank3000 AZN27%1%Girov əsasında
AGBank3000 AZN26%1%Əməkhaqqını AGBankdan alanlar üçün
Bank Respublika3000 AZN28%1%Daşınmaz əmlak girovu ilə kreditlər
Kapital Bank3000 AZN27.02%1%Əməkhaqqını Kapitaldan alanlar üçün
Para Bank3000 AZN29%0%Qızıl girovu ilə kredit
Rabitə bank3000 AZN27%1%Təkrar müştərilərə