15 C
Baku
Friday, March 29, 2024

Banklar niyə əhaliyə az gəlir təklif edir

Azərbaycanda noyabr ayının 1-nə depozitlər üzrə faiz dərəcəsi milli valyuta ilə 9,43 %, xarici valyuta ilə 9,90% təşkil edib.

Banker.az saytının Mərkəzi Banka istinadən məlumata əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə isə depozitlər üzrə orta faiz dərəcəsi aşağı düşüb. Belə ki, ötən il faizlər milli valyuta ilə 10,08%, xarici valyuta ilə isə 10,30% təşkil edirdi.

Həmçinin hüquqi şəxslər ürzə depozitlərin orta faiz dərəcəsi milli valyuta ilə 5,74%, xarici valyuta ilə 3,71%, fiziki şəxslər üzrə isə milli valyutada 9,83%, xarici valyuta ilə 10,35% təşkil edir.

Depozitlər üzrə orta faiz dərəcəsinin aşağı düşməsinin əsas səbəblərindən biri də depozitlərin sığortalanma faizlərinin aşağı salınmasıdır. Belə ki, əmanətlərin sığortalanması Fondu tərəfindən çıxan qərara əsasən atıq ölkədə 12%-ə qədər sığortalanan depozitlər 10%-ə enib. Buna səbəb olaraq da banklar depozitlər üzrə faiz dərəcələrini aşağı salırlar.

Son xəbərlər
Digər xəbərlər