16 C
Baku
Friday, April 19, 2024

Banklar tərəfindən verilən kreditlərin məbləği açıqlandı

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, iyunun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11945,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən  bildiriblər ki, ümumi kredit portfelinin 9601,8 milyon manatı və ya 80,4 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1710,8 milyon manat olub və ümumi kredit portfelinin 14,3 faizini təşkil edib.

fins.az

Son xəbərlər
Digər xəbərlər