5 C
Baku
Friday, March 29, 2024

Banklara 1 trilyon avro ayrılacaq

Ekspertlərin gəldiyi qənaətə əsasən, Mario Draqinin yeni stimulverici planı banklara 700 milyard avro dəyərində vəsait təqdim edəcək. TLTRO proqramı əsas olaraq real sektorun kreditləşməsinə istiqamətlənib.

Bloomberg şirkətinin həyata keçirdiyi sorğuya əsasən, hazırki proqram sistemdə ən yüksək likvidliyi özündə təcəssüm etdiri. Yeri gəlmişkən, Mari Draqi elə bu yaxınlarda öz planının bəzi detallarını açıqlaya bilər.

Qeyd edək ki, Avropa mərkəzi bankı bu yaxınlarda iqtisadiyyatın dəstəklənməsi üçün lazım gördüyü tədbirləri elan etmişdi və bu tədbirlər sırasında məqsədli kreditlərin verilməsi proqramı açar mövqeyə sahib idi. Daha doğrusu banklar, müəssisənin kreditləşməsi şərti ilə ucuz kreditlər əldə edirlər. Bu kredit 4 il müddətinə nəzərdə tutulub və Draqinin bildirdiyinə görə, məbləği 1 trilyon avroya çata bilər.

Merrion Capital-ın baş iqtisadçısı Alan Makkuayd Bloombergə verdiyi müsahibəsi zamanı bildirmişdi: “2018-ci ildə bu 1 trilyon avronun yenidən maliyyələşməsi tələb olunduqda Mari Draqinin üzləşdiyi heç bir problemi olmamalıdır”.

Bloomberg agentliyinin sorğusuna əsasən, banklar təklif olunan məbləği tam olaraq seçməyəcəklər. Belə ki, bu ilin sonuna qədər banklar AMB-dan təklif edilən 400 milyard avrodan 300 milyard avronu götürəcəklər. 2015-ci ilin I rübünün yekunlarına görə isə bu məbləğ 700 milyard avroya çatacaq.

Son xəbərlər
Digər xəbərlər