21 C
Baku
Thursday, April 25, 2024

Banklara inam artıb, depozit axını davam edir

31 oktyabr 2017-ci il tarixinə əhalinin bank əmanətləri 7,3 mlrd. manat təşkil edir. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib.

“Cari il bank sistemindən əhalinin əmanətlərinin mühüm dərəcədə azalması trendinin qarşısını almağa müvəffəq olduq. Əgər 2016-cı ilin 10 ayı ərzində əhalınin bank əmanətləri 22% azalıbsa, 2017-ci ilin yamvar-oktyabr aylarında bu azalma 2,4% təşkil edib. Cari il oktyabr ayının sonuna əhalinin bank əmanətıəri 7,3 mlrd. manat səviyyəsində qiymətləndirilir”, – İ.Alışov bu gün II Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, son 7 ay ərzində əhalinin banklarda əmanətləri 361 mln. manat artıb.

İ.Alışov əlavə edib ki, 2016-cı ildə tənzimləyici tərəfindən lisenziyaları ləğv olunan 11 bankın əmanətçilərinə indiyədək sığorta olunan əmanətıər üzrə 748 mln. manat ümumi məbləğdə kompensasioya ödənilib, bunun 438 mln. manatı “Bank Standard”ın əmanətçilərinin payına düşüb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər