Banklara işçi axını davam edir – Palatadan rəsmi açıqlama

Azərbaycan kommersiya banklarında çalışan işçilərin sayında artım davam edir.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 30 noyabr 2017-ci il tarixinə  olan banklara dair icmal göstəricilərndə deyilir.

Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 547, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,460 olmuşdur.

Bütövlükdə, bank sektorunun işçi heyəti 16,629 nəfər təşkil etmişdir. Banklar tərəfindən xərclərin optimallaşdırılması strategiyası çərçivəsində filial şəbəkəsinin daralması fonunda noyabr ayı ərzində bank sektorunda çalışan işçilərin sayında 1% və ya 159 nəfər artım olub.

Xatırladaq ki, bu hesabatda lisenziyası ləğv edilmiş “Dəmirbank”ın adı da siyahıya daxil edilib.

📝 RƏY BİLDİR