15 C
Baku
Saturday, April 20, 2024

Banklararası kreditlər üzrə faiz dərəcəsi – “LİBOR” ləğv edilir

Dünyanın ən məşhur faiz dərəcəsi ləğv edilir. Artıq bazarlarda “LİBOR+” ilə başlayan cümlələr qurulmayacaq. Çünki İngilis Maliyyə Təşkilatı (FCA) 350 trilyon dollarlıq maliyyə məhsulu üçün göstərici mövqeyə malik “LİBOR”-u 2021-ci ildən sonra ləğv etməyə hazırlaşır. Onun yerinə daha etibarlı sistemə keçmək istəyir.

Son dövrlər “LİBOR” korrupsiya alətinə çevrilmişdi. “LİBOR” faiz dərəcələrində manipulyasiya etdikləri üçün banklara qarşı 9 milyard dollar cəza tətbiq edilmişdi.

“LİBOR” – Britaniya Bank Assosiasiyası tərəfindən 10 əcnəbi valyutada, həmin faiz dərəcəsinin indeksinə daxil olan bankların (hər valyutaya görə 8-dən 20-yə qədər) sorğusu əsasında müəyyən edilir. Təxminən 150 trilyon dollar civarında maliyyə xidmətləri LİBOR dərəcəsinə bağlıdır.

“LİBOR” – London Interbank Offered Rate, yəni London Banklararası Satış Faiz Nisbəti mənasını verir.

“LİBOR” – bir bankın başqa bir bank və ya maliyyə təşkilatından müəyyən müddətə borc almaq istəyəndə istifadə edilən faiz nisbətidir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər