Banklararası şahmat turnirinin qalibləri məlum olub

15 may 2017-ci il tarixindən start götürmüş Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüskarlığı və Azərbaycan Şahmat Federesiyasının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş II Banklar Arasında Şahmat üzrə şəxsi komanda çempionatı” yekunlaşıb.  Nəticələrə əsasən, şəxsi komanda çempionatında Kapital Bank qalib gəlib.

2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq  Azərbaycan Beynəlxalq Bankı, Bank of Baku qərarlaşıb.

Banklararası şahmat çempionatında şəxsi hesabda isə Azərbaycan Beynəlxalq Bankı-nın nümayəndəsi Hacılı Rauf qalib gəlib.

2-ci yeri Nikoil Bank-ın nümayəndəsi Mənsimli Rəsul qazanıb.

3-cü yerdə isə  Kapital Bank-ın nümayəndəsi Hüseynov Elvin qərarlaşıb.

4-cü yerdə TuranBank-dan Əliyarov Ruslan, 5-ci yerdə Bank of Baku -dan Rəhimov Beyrək, 6-ci yeri Kapital Bank-dan Şahruqlu Mirşahmur, 7-ci yeri Accessbank-dan Süleymanlı Elbrus, 8-ci yeri Azərbaycan Beynəlxalq Bankı-dan Bədəlov Rəşad qazanıb.

Qadınlar arasında isə PAŞA Bank-ın nümayəndəsi Qədimova İlahə ən yaxşı nəticəni göstərib. Sonda qaliblərin mükafatları ABA-nın İcraçı Direktoru Yunus Abdulov tərəfindən təqdim edilib.

Qeyd edək ki, “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş II Banklar Arasında Şahmat üzrə şəxsi komanda çempionatı” da 18 bankın 70 ə yaxın nümayəndəsi iştirak edib. Çempionat 24 may 2017-ci il tarixində yekunlaşıb.