15 C
Baku
Saturday, April 20, 2024

Banklarda hansı hesabları açmaq mümkündür?

Son zamanlar bir çoxlarını maraqlandıran məsələlərdən biri də hesabların necə açılmasıdır. Banker.az portalı olaraq bu dəfə hesabların necə açılması haqqında məlumat verəcəyik.

Ümümiyyətlə əməliyyatdan asılı olaraq siz müxtəlif növdə olan hesablar aça bilərsiniz. Bütün banklarda hesablar milli və yaxud xarici valyutada açılır. Bankların aça biləcəyi hesablar isə aşağıdakılardır.

Cari hesablar – dövlət və bələdiyyə orqanlarının, hüquqi şəxslərin, onların filial, nümayəndəlik və digər ayrıca bölmələrinin, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır. Cari hesablara müvəqqəti cari hesablar və xüsusi cari hesablar da aiddir:

Müvəqqəti cari hesablar təsərrüfat ortaqlıqları, cəmiyyətləri, kooperativlərvə digər təsərrüfat subyektlərinə onların dövlət qeydiyyatına alınanadək müvafiq olaraq nizamnamə, şərikli kapitallarının, habelə paylarının ödənilməsi üçün açılır.

Xüsusi cari hesablar isə dövlət və xüsusi notariusların notariat fəaliyyətləri ilə əlaqədar olaraq notariat orqanlarına açılır.

Bankların aça biləcəyi nöbəti hesablar isə aşağıdakılardır:

  • Cari subhesablar
  • Ssuda hesabları
  • Əmanət hesabları
  • Müxbir hesabları

Cari subhesablar əsasən, hüquqi şəxslərə onların regional fəaliyyətləri ilə əlaqədar filial və nümayəndəlik statusu daşımayan yerli qurumlarına açıla bilər.

Ssuda hesabları bankın müştərilərə verdiyi kreditlərin uçotu üçün, kredit müqaviləsində nəzərdə tutulduğu hallarda isə, həmçinin kredit vəsaitlərinin istifadəsi və ödənilməsi ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır.

Əmanət (depozit) hesabları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bank əmanəti (depozit) müqaviləsinə əsasən müştərilərin bank əməliyyatlarının aparılması üçün açılır.

Müxbir hesablar bankların özlərinin və müştərilərinin apardıqları bank əməliyyatlarının uçotu hesabıdır. Müxbir hesablar banklar üçün açılır.

 

Son xəbərlər
Digər xəbərlər